Modern.az

Koronavirusa yoluxanlara da vaksin vurula bilər

Koronavirusa yoluxanlara da vaksin vurula bilər

Aktual

24 İyun 2021, 12:46

COVID-19 xəstəliyini keçirən insan vaksin oluna bilər.

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin eksperti Hüseyn Qabulov COVID-19-a qarşı peyvəndləmə ilə bağlı yayılmış məlumatlara münasibət bildirərkən deyib.

 

Həkimin sözlərinə görə, elə xəstəliklər var ki, onlardan sonra kifayət qədər uzunmüddətli və ya ömürlük immunitet yaranır və bu infeksiyaya məruz qalan insan artıq xəstələnmir:

 

“Lakin praktikada immuniteti uzun müddət davam edə bilməyəcək bir çox xəstəliklər var. Birincisi, xəstəliyin törədicisi mutasiya edə bilər (quruluşunu və ya xüsusiyyətlərini dəyişdirir) və insanın immun sistemi onu tanıya bilmir. İkincisi, müəyyən bir mikroorqanizm haqqında bir orqanizmin immunoloji "yaddaşı" qısa müddətli ola bilər.

 

Koronavirusa gəldikdə isə onun qeyri-adi bir patogen olduğu ortaya çıxdı. Qısa müddət ərzində bu virus dəfələrlə mutasiya etdi. Bundan əlavə, bu infeksiyaya yoluxmuş bir çox insan sağaldıqdan sonra bədəndə koronavirusa qarşı anticisimlərin tədricən azaldığının və ümumiyyətlə tamamilə yox olduğunun şahidi olduq. Bir nüansı nəzərə almaq lazımdır ki, bir virusa yoluxma yalnız müəyyən bir patogenə qarşı immuniteti təmin edərkən, bir peyvənd müxtəlif növ dəyişdirilmiş viruslardan yoluxma riskini azalda bilər”.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir