Modern.az

Ukraynada yaşayan azərbaycanlı gənclərlə görüş keçirilib

Ukraynada yaşayan azərbaycanlı gənclərlə görüş keçirilib

24 İyun 2021, 13:04

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Ukraynaya səfəri çərçivəsində Kiyevdə fəaliyyət göstərən Ukrayna Azərbaycanlıları Radasının ofisində bu ölkədə yaşayan fəal azərbaycanlı gənclərlə görüş keçirilib.

Modern.az xəbər verir ki, gənclərlə görüşdə Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli və digər Komitə rəsmiləri iştirak edib. Görüş zamanı Azərbaycan-Ukrayna münasibətləri, diaspor hərəkatında gənclərin rolu və Vətənə verə biləcəkləri töhfələr barədə danışılıb, müxtəlif movzülarda fikir mübadiləsi aparılıb.

 

Tədbirdə çıxış edən aparat rəhbəri D.Rəcəbli qeyd edib ki, Azərbaycan dövləti bütün dövrlərdə gənclərə, onların problemlərinə həssas və diqqətlə yanaşıb. Gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir, bugün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır.

Görüş zamanı gənclər istər vətən müharibəsi dövründə, istərsə də ondan sonrakı dövrlərdə hər zaman Vətənə bağlılığını ifadə edərək, daim müxtəlif formalarda Azərbaycana dəstək göstərdiklərini qeyd ediblər. Bildiriblər ki, gələcəkdə də Azərbaycanla bağlı həqiqətləri, milli və dövlətçilik maraqlarını yaşadıqları ölkələrdə və bütün dünyada təbliğ edəcəklər.

 

Tədbirin sonunda gənclərin gələcək fəaliyyətləri və vətənpərvərliklə bağlı müzakirələr aparılıb, gənclərə  daimi Vətəni uca tutmaları tövsiyə edilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir