Arxiv
24 İyun 2021, 16:26 | AKTUAL
Türk Şurasının turizm nazirləri Azərbaycanda görüşəcək

23-24 iyunda Özbəkistanın Kokand şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Turizm Nazirlərinin 6-cı iclası və turizm üzrə işçi qrupunun 15-ci iclası keçirilir.

 

Modern.az-ın məlumatına görə, ədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, türkdilli dövlətlərin ortaq tarix, dil, mədəniyyət və milli kimliyə malik olması onlar arasında iqtisadi münasibətlərin inkişaf etməsinə təkandır.

Agentlik sədri qeyd edib ki, pandemiya səbəbindən ötən il dünya üçün, o cümlədən turizm sənayesi üçün ən çətin illərdən olsa da, Azərbaycan tarixinin ən şanlı illərindən biri olub.

Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 30 illik işğala son qoymasının Azərbaycan və region üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.  

 

O, Qarabağın turizm əhəmiyyətli məkanlarının böyük bir hissəsinin işğalçılar tərəfindən dağıdıldığı, artıq həmin ərazilərdə quruculuq işlərinə başlanıldığı və işğaldan azad edilmiş ərazilərin böyük turizm potensialına malik olduğu haqqında məlumat verib. O əlavə edib ki, tezliklə Qarabağ yeni regional turizm destinasiyası kimi dünyaya təqdim olunacaq.

Tədbirdə iştirak edən üzv dövlətlərin turizm nazirləri Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbriklərini ifadə edərək Qarabağı regional turizm destinasiyası kimi inkişaf etdirmək fəaliyyəti üzrə uğurlar arzulayıblar.

 

Fuad Nağıyev təşkilatın “İpək Yolu Turizm Paytaxtları Təşəbbüsü” və “Müqəddəs Ziyarət” layihələrinin üzv dövlətlərin turizm əhəmiyyətli mədəni irsinin tanıdılmasında, əməkdaşlığın genişləndirilməsində, eləcə də üzv ölkələr arasında turist mübadiləsinin artmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.

Eləcə də türkdilli dövlətlərin paytaxtları və digər şəhərləri arasında birbaşa uçuşların turizmlə yanaşı, iqtisadi və ticari əlaqələrin də inkişafına töhfə verəcəyini deyib.

Fuad Nağıyev 2015-ci ildə turizm nazirlərinin 2-ci görüşünün Azərbaycanda keçirildiyini xatırladaraq Azərbaycanın bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini qeyd edib. O, Türk Şurasının turizm nazirlərinin növbəti 7-ci görüşünün Azərbaycanda keçirilməsi qərarından məmnunluq duyduğunu bildirərək iştirakçıları ölkəmizə dəvət edib. 

İclas çərçivəsində Fuad Nağıyevlə digər üzv ölkələrin rəsmi nümayəndələri arasında bir sıra ikitərəfli görüşlər keçirilib. 

Qeyd edək ki, tədbirdə turizmin bərpası tədbirləri, postpandemiya dövründə əməkdaşlıq, birgə layihələr və fəaliyyət istiqamətləri kimi məsələlər üzrə müzakirələr aparılır.

2009-cu ildə əsası qoyulan təşkilatın turizm nazirlərinin bu ilki görüşündə Türk Şurasının Baş katibi Bağdad Amreyev, Özbəkistanın Baş Nazirinin müavini, turizm və idman naziri Aziz Abduxakimov, Qırğızıstanın Baş nazirinin müavini, iqtisadiyyat və maliyyə naziri Akılbek Japarov, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Qazaxıstanın mədəniyyət və idman naziri xanım Aktotı Raimkulova, eləcə də təşkilatda müşahidəçi statusa malik Macarıstanın Özbəkistandakı səfiri Peter Szanto çıxış ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Spikerlər Heydər Əliyevin məzarını ziyarət etdilər 27 İyul 2021, 12:32 Paşinyan toyda kriminal avtoritetlə bir stolda əyləşdi 27 İyul 2021, 12:29 Tələbə köçürülməsi başa çatdı 27 İyul 2021, 12:24 Prezident Mustafa Şentopu qəbul etdi - FOTO 27 İyul 2021, 12:18 Əfqanıstan ordusunun helikopteri VURULDU 27 İyul 2021, 12:12 Balaca Orxanın qəhrəman atası: adını daşıyan oğlunu görə bilmədi... - FOTO   27 İyul 2021, 12:06 Şoyqu Ermənistanın müdafiə nazirini yanına ÇAĞIRDI 27 İyul 2021, 12:00 Tanınmış jurnalistin təyinatı təsdiqləndi 27 İyul 2021, 11:58 AZƏRTAC-ın sabiq baş direktoru vəfat etdi - FOTO 27 İyul 2021, 11:51 Alman kəşfiyyatının şok “patı” məlumatı - Xankəndidə hazırlanır 27 İyul 2021, 11:45 Lənkəranda “patı” əməliyyatı - 9 nəfər saxlanıldı 27 İyul 2021, 11:40 Lisey və gimnaziyalarda oxumaq istəyənlərin NƏZƏRİNƏ 27 İyul 2021, 11:34 Şəmkirdə qadını qətlə yetirən şəxsin məhkəməsi başlayır 27 İyul 2021, 11:28 Şuşaya Azərbaycan bayrağı sancılarkən biz də sevincdən ağladıq - Ayşe Keşir 27 İyul 2021, 11:22 Satıcının yatdığını görüb kassadan oğurluq etdi - VİDEO 27 İyul 2021, 11:16 Diaspor nümayəndələri Şuşaya yola düşdü 27 İyul 2021, 11:10 QMİ-dən vaksinlə bağlı TÖVSİYƏ 27 İyul 2021, 11:04 Yeni təyinatlar ordumuzu daha da gücləndirəcək - ŞƏRH 27 İyul 2021, 10:58 Olimpiadada uduzan idmançımız ağladı - FOTOLAR 27 İyul 2021, 10:53 Vətən Müharibəsi iştirakçılarına BNA-da vəzifə verildi - VİDEO 27 İyul 2021, 10:48 2218 nəfər toya buraxılmadı, 4-ü həbs edildi 27 İyul 2021, 10:42 Azərbaycanda 4 nəfər partlayışda ölüb 27 İyul 2021, 10:39 “Operativ Qərargahın məqsədi vaksinasiyanı sürətləndirməkdir” 27 İyul 2021, 10:34 Bu il yanğınlarda 23 nəfər ölüb 27 İyul 2021, 10:30 Tələbələrin təhsil haqqını mənimsəyən şöbə müdiri hakim qarşısına çıxarılır 27 İyul 2021, 10:26 Qərb bölgəsinə səfər 27 İyul 2021, 10:20 Yeni dövlət standartı təsdiq edildi 27 İyul 2021, 10:18 Baytar həkimlər özəl xidmətə keçidə hazırlanır 27 İyul 2021, 10:15 Bu il 444 cinayət işi məhkəmələrə göndərilib 27 İyul 2021, 10:12 Səfir: “Koreya şirkətləri Azərbaycana sərmayə qoymaq istəyir” 27 İyul 2021, 10:10 Həyətində narkotik yetişdirən yaşlı qadın saxlanıldı - FOTOLAR 27 İyul 2021, 10:05 Azərbaycan cüdoçusu mübarizəni dayandırdı 27 İyul 2021, 10:00 Qarabağda erməni hərbçi ÖLDÜ 27 İyul 2021, 09:56 Toyuna 50 nəfərdən çox qonaq çağıran şəxslər məsuliyyətə cəlb olundu 27 İyul 2021, 09:51 Neft bahalaşdı 27 İyul 2021, 09:46