Modern.az

Ukraynanın ən nüfuzlu telekanalı Şuşadan xüsusi reportaj yayımladı

Ukraynanın ən nüfuzlu telekanalı Şuşadan xüsusi reportaj yayımladı

Qarabağ

11 İyul 2021, 11:22

Ukraynanın nüfuzlu telekanalı Şuşadan xüsusi reportaj yayımlayıb.

 

Modern.az xəbər verir ki, “Ukrayna” telekanalının xəbərlər proqramında Şuşaya ezam olunan müxbiri görülən quruculuq işlərindən danışıb.

 

Şuşada ilk çörək sexində olan ukraynalı jurnalist orada yaradılan yüksək şəraiti qeyd edib. Reportajda, həmçinin Azərbaycan Ordusunun Şuşanın azad olunması uğrunda rəşadətli döyüşü haqqında maraqlı faktlar qeyd olunub, xüsusi təyinatlılarımızın göstərdiyi qəhrəmanlıqlar vurğulanıb.

 

Bundan başqa, reportajda ərazilərin minalardan təmizlənməsi, magistral yolların çəkilişi, elektrik stansiyasının tikintisi barədə də ətraflı məlumat verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı