Arxiv
13 İyul 2021, 11:18 | PARLAMENT
Sabiq deputat dövlət orqanlarını narkotacirlərə doğru “Səlib yürüşü”nə ÇAĞIRDI

Azərbaycanda narotik istifadəçilərinin sayının artması, narkoticarətin genişlənməsi çox böyük problemə çevrilib. Narkoticarətlə məşğul olan şəxslər necə cəzalandırılmalıdır ki, vəziyyət dəyişsin?


Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, sabiq deputat Çingiz Qənizadə  mövzu ilə bağlı Modern.az-a danışıb.


“Ölkədə narkotik istifadəçilərinin sayının artması müşahidə olunur. Ayrı-ayrı yerlərdən, bölgələrdən məlumatlar gəlir ki, narkotik satanları himayə edən qüvvələr var. Bunların himayəsi sayəsində rayonlarda müxtəlif ərazilərdə narkotik satışı reallaşır. Hesab edirəm ki, dövlət qurumları, hüquq- mühafizə orqanları “Səlib yürüşü” kimi hücuma keçməlidir. Ölkəyə narkotik gətirilməsinin qarşısı dərhal alınmalıdır. Əks təqdirdə, çox gecikmiş olacağıq. Bu da çoxsaylı narkomanların yaranmasına səbəb olacaq”.


Narkoticarətlə məşğul olanlara ölüm cəzasının verilməsi ilə bağlı müəyyən təkliflər var. Çingiz Qənizadə buna da münasibnət bildirib:

 

“Narkotik satışı ilə məşğul olan şəxslərin cəzalandırılması, ölüm cəzasına məhkum olunması kimi fikirlər qəbuledilmə.zdir. Çünki biz 2000-ci ildə Avropa Şurasının tam bərabər hüquqlu üzvü olmuşuq və üzvlüyə qəbul olunarkən müəyyən öhdəliklər götürülüb, ölüm cəzasından imtina olunub. Biz Avropa Şurasında varıqsa, bu cəza tətbiq edilə bilməz. Lakin sanksiyalar sərtləşdirilə bilər. Bu gün cinayət məcəlləsinin 234-cü maddəsinin sanksiyalarına baxdıqda biz daha çox 2, 3, 4-cü hissələrin tətbiqində sanksiyaların yuxarı həddinin artırılması ilə bağlı düşünə bilərik. Narkotik istifadəçilərinin cəzalandırılması düzgün deyil, onlar xəstədirlər, aludə olublar və narkotiksiz yaşaya bilmirlər. Bu cür insanları narkotikə aludə edən, gətirib təmin edən, satan insanların yolu və qarşısı dərhal kəsilməlidir. Hesab edirəm ki, bu sahədə bizim bəzi dövlət qurumlarının müəyyən problemləri var ki, ölkədə göz görə-görə narkotik satanların və qəbul edənlərin sayı artır”.

Hüquqşunas cəza ilə hansısa cinayətin qarşısını almağın mümkün olmadığını vurğulayıb:


“Narkoticarət dünya üzrə ən çox gəlir gətirən sahələrdən biridir. Bu sahə ilə mübarizə üçün dövlət orqanlarına da ictimai dəstək lazımdır. Vətəndaşların dövlət orqanları ilə əlaqə qurması vacibdir.

Dövlət tərəfindən çox ciddi kampaniya başlamalıdır və bu cinayətkarlığa qarşı mübarizə gücləndirilməlidir”.


Mehri Qurban

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Beynəlxalq Türk Akademiyası prezidentinin Azərbaycana mesajı 27 Sentyabr 2021, 10:43 44 günlük müharibənin ZƏFƏR günü... 27 Sentyabr 2021, 10:42 Naxçıvan məscidlərində şəhidlərin xatirəsi anılıb   27 Sentyabr 2021, 10:36 Qəhrəmanlıq salnaməsi - VİDEO 27 Sentyabr 2021, 10:32 Hikmət Hacıyevdən Anım Günü PAYLAŞIMI 27 Sentyabr 2021, 10:30 Ali Baş Komandan: “Düşmən beli qırılanda təslim olmağa məcbur oldu” 27 Sentyabr 2021, 10:27 Prezidentin xalqa müraciəti - TAM MƏTN 27 Sentyabr 2021, 10:26 Bu gün dəmir yumruğun endiyi gündür - Səfir 27 Sentyabr 2021, 10:22 Paşinyan terrorçuların lideri ilə müzakirə apardı 27 Sentyabr 2021, 10:19 “Düşmən 30 il ərzində bizə meydan oxuyub” - Ali Baş Komandan 27 Sentyabr 2021, 10:18 DTX Anım Günü ilə bağlı vodeoçarx hazırladı 27 Sentyabr 2021, 10:17 İlham Əliyev: Kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində etsin! 27 Sentyabr 2021, 10:16 Səttar Möhbalıyevdən Anım Günü ilə bağlı paylaşım 27 Sentyabr 2021, 10:12 Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır - İlham Əliyev 27 Sentyabr 2021, 10:07 Bakıda II Qarabağ Müharibəsi qəhrəmanlarına abidə UCALDILACAQ  27 Sentyabr 2021, 10:06 Ağdam Cümə məscidində şəhidlərin ruhuna dualar oxunub 27 Sentyabr 2021, 10:03 Prezident Xalqa müraciət edir - VİDEO 27 Sentyabr 2021, 10:00 Sentyabrın 27-də azad olunan ərazilər - SİYAHI 27 Sentyabr 2021, 09:55 Qələbəmizin memarı 27 Sentyabr 2021, 09:50 Ombudsman Anım Günü ilə bağlı bəyanat yaydı 27 Sentyabr 2021, 09:47 Heydər məscidində şəhidlərin xatirəsi anılıb 27 Sentyabr 2021, 09:44 Azərbaycan Ordusunun inamlı Qələbəsi 27 Sentyabr 2021, 09:40 Yuxarı Gövhər Ağa məscidində şəhidlər anılıb - VİDEO 27 Sentyabr 2021, 09:35 Şeyxülislam: Beynəlxalq hüququn edə bilmədiyini Ordumuz etdi 27 Sentyabr 2021, 09:33 Almaniyanın yeni kansleri kim olacaq… - Seçkinin nəticələri 27 Sentyabr 2021, 09:31 Bakıda səkkiz mağaza yanıb 27 Sentyabr 2021, 09:28 Professor Buludxan Xəlilov vəfat edib 27 Sentyabr 2021, 09:22 İstanbulda Vətən müharibəsi şəhidləri anılıb - FOTOLAR 27 Sentyabr 2021, 09:16 Dini məbədlərdə Şəhidlərin ruhuna dualar oxunur 27 Sentyabr 2021, 09:08 Xarici valyutaların manata qarşı məzənnələri 27 Sentyabr 2021, 09:06 İordaniya və İraq mətbuatı azərbaycanlı şərqşünasın məqaləsini yayıb 27 Sentyabr 2021, 09:00 Saat 12-00-da bütün yollarda hərəkət dayandırılacaq 27 Sentyabr 2021, 08:57 Bakıda yaşayış binasında yanğın olub 27 Sentyabr 2021, 08:50 Beynəlxalq səyahətçilər Füzuli Hava Limanına endilər 27 Sentyabr 2021, 08:43 II Qarabağ Müharibəsi niyə BAŞLADI… 27 Sentyabr 2021, 08:35
SORĞU Hansı vaksinə etibar edirsiniz?