Modern.az

Müəllim olmaq istəyən 3 mindən çox namizəd biliyini sınayacaq

Müəllim olmaq istəyən 3 mindən çox namizəd biliyini sınayacaq

Təhsil

14 İyul 2021, 09:52

İyulun 14-də 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi davam edir.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu gün riyaziyyat, kimya, Azərbaycan dili, rus dili və ədəbiyyatı fənləri üzrə müəllim olmaq istəyən namizədlər imtahan verir.

 

İmtahanlarda gün ərzində fənlər üzrə ümumilikdə 3186 namizədin iştirakı gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!