Modern.az

“Azərbaycan torpaqlarının işğaldan azad olunması bizi sevindirir”İranın yeni Prezidenti

“Azərbaycan torpaqlarının işğaldan azad olunması bizi sevindirir” - İranın yeni Prezidenti

Ölkə

15 İyul 2021, 12:50

İranın yeni seçilmiş Prezidenti İbrahim Rəisi azərbaycanlı həmkarının təbrik məktubuna cavab verib.

Modern.az xəbər verir ki, İranın Azərbaycandakı Səfirliyi “Twitter” hesabında Prezident İbrahim Rəisinin təbrikini paylaşıb.

İbrahim Rəisi Azərbaycan Prezidenti İlham Əliyevdən təbrik məktubu almaqdan məmnun olduğunu qeyd edib.


O bildirib ki, iki dost, qardaş və qonşu ölkənin əlaqələri xalqlarımızım qardaşlıq bağlarına, ortaq mədəniyyətinə və tarixinə söykənir.


Cənab Rəisi sonra işğal olunmuş ərazilərin azad edilərək Azərbaycanın öz milli hakimiyyətini bu ərazilərdə bərpa etməsi və dövlət sərhədlərimizə nəzarətin təmin olunması münasibətilə Prezident Əliyevi təbrik edib.

İranın yeni seçilmiş Prezidenti bildirib ki, yeni fürsətlərdən faydalanaraq və məsləhətləşmə yolu ilə əməkdaşlıq yüksələn templə inkişaf edəcək, bölgədə sabitliyin və əmin-amanlığın möhkəmlənməsinə öz töhfəsini verəcək.  


Xatırladaq ki, iyunun 19-da İlham Əliyev İbrahim Rəisiyə ünvanladığı təbrik məktubunda yazmışdı:

"Azərbaycan Respublikası tarixən dini və mədəni köklərlə bağlı olduğu İran İslam Respublikası ilə münasibətlərə xüsusi əhəmiyyət verir. Strateji əməkdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələrimizin mövcud vəziyyəti məmnunluq doğurur. Azərbaycanın əzəli, tarixi torpaqlarının işğaldan azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədi tam bərpa edilmişdir. Bu yeni vəziyyət ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin daha da gücləndirilməsi və regional əməkdaşlığın inkişafı baxımından böyük imkanlar vəd edir."

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir