Arxiv
15 İyul 2021, 20:46 | PARLAMENT
Vətən Müharibəsi Qəhrəmanı ailələrinə yeni güzəştlər müəyyənləşdi

Məcburi köçkünlər müvəqqəti yaşayış sahəsi ilə təmin olunarkən ailənin Vətən Müharibəsi Qəhrəmanı olması nəzərə alınacaq.

 

Modern.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydası”na dəyişiklik edib.

 

Vətən Müharibəsi Qəhrəmanları xüsusi mühafizə olunan təbiət ərazisinə giriş zamanı da imtiyazlı hesab olunacaq və ödənişdən azad ediləcək. Nazirlər Kabinetinin bununla bağlı “Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği”ndə dəyişiklik edib.

 

Nazirlər Kabinetinin digər qərarı ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” da dəyişib. Qüvvədə olan Qaydaya əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə aylıq müavinət şamil edilməyib. Məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə də aylıq müavinət şamil olunmayıb. Bu zaman Milli qəhrəman ailələri, şəhid ailələri, I dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olub. Artıq bu istisna sırasına Vətən Müharibəsi Qəhrəmanı ailələri də daxildir.

 

Eyni zamanda Nazirlər Kabineti “Azərbaycan Respublikasının vəfat etmiş (həlak olmuş) vətəndaşlarına hərbi ehtiram göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi Qaydaları”nda da dəyişiklik edilib. Dəyişikliyə əsasən, “Vətən Müharibəsi Qəhrəmanı adı verilmiş, “Qarabağ” ordeni və “Zəfər” ordeni ilə təltif olunmuş şəxslər vəfat etdikdə (həlak olduqda), onlara müvafiq qanunvericiliklə müəyyən olunmuş qaydada hərbi ehtiram göstəriləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Orada insanlar oğurlanır, qətlə yetirilir” – Səfir 16 Sentyabr 2021, 14:04 Cavanşir Paşazadə: “İranla əlaqələrimizi pozmağa çalışırlar” 16 Sentyabr 2021, 13:57 ÜST-dən Azərbaycan əhalisinə MÜRACİƏT: “Peyvənd kifayət deyil” 16 Sentyabr 2021, 13:41 Tənəffüs zamanı şagirdlərə bunu etməyə icazə verilməyəcək 16 Sentyabr 2021, 13:38 Azərbaycanda “Mu” ştammına yoluxan var? - ÜST açıqladı 16 Sentyabr 2021, 13:34 Məzahir Əfəndiyev seçicilərlə görüşdü - FOTO 16 Sentyabr 2021, 13:30 İcra başçısı və deputat Şəhidlərin məzarlarını ziyarət edib - FOTOLAR 16 Sentyabr 2021, 13:26 Nazirlik rəsmisi: “COVID-19 xəbərlərinə fasilə verin” 16 Sentyabr 2021, 13:26 İran sürücüləri Azərbaycana rüsum ödəməmək üçün alternativ yol axtarır 16 Sentyabr 2021, 13:23 Rəsmi Bakı fransalı meri “qara siyahı”ya salır 16 Sentyabr 2021, 13:18 Prezidentin köməkçisi yenidən İran səfiri ilə görüşdü 16 Sentyabr 2021, 13:12 Valideynlər məktəbə buraxılmayacaq 16 Sentyabr 2021, 13:06 Bakıda yağış, rayonlara dolu yağacaq 16 Sentyabr 2021, 13:00 “Niderland parlamentində azərbaycanlıları da görə biləcəyik” - MÜSAHİBƏ 16 Sentyabr 2021, 12:54 Xarkovda Nizami Gəncəvinin abidəsi ucaldıldı 16 Sentyabr 2021, 12:48 Azərbaycanlı iqtisadçı: “Qarabağ ermənilərinə işıq, qaz, su verək, pensiya ayıraq!” - Mübahisəli TƏKLİF 16 Sentyabr 2021, 12:42 Sabiq icra başçısı ürəyindən əməliyyat olundu 16 Sentyabr 2021, 12:36 Çində vaksin vurduranların sayı 1 milyardı ötdü 16 Sentyabr 2021, 12:30 DSX dənizdə taktiki təlimlər keçirdi - FOTOLAR 16 Sentyabr 2021, 12:24 Putin Ermənistana səfər edəcək 16 Sentyabr 2021, 12:22 Məktəblərdə imtahanların sayı azaldılır - Kurikulum sadələşdirilir 16 Sentyabr 2021, 12:20 Türkiyəyə getmək istəyən jurnalistlər üçün fürsət 16 Sentyabr 2021, 12:15 Nazirlik Səyavuş Aslanın küçədə gecələyən oğlunu axtarır 16 Sentyabr 2021, 12:12 Müharibə iştirakçılarına 10 mindən çox psixoloji xidmət göstərilib   16 Sentyabr 2021, 12:10 Əməkdar jurnalist xəstəxanaya yerləşdirildi 16 Sentyabr 2021, 12:09 266 nəfərlə bağlı Baş Prokurorluğa müraciət edilib - SƏBƏB 16 Sentyabr 2021, 12:06 Tvinninq layihənin rəhbər komitəsinin növbəti iclası keçirildi - FOTOLAR 16 Sentyabr 2021, 12:04 Rüfət Aslanlı özünə yeni şirkət yaratdı 16 Sentyabr 2021, 12:01 Bakıda 29 yaşlı gənc qətlə yetirildi 16 Sentyabr 2021, 11:57 Şerimin vəzninə bənzər Xəzərin dalğaları... 16 Sentyabr 2021, 11:55 Agentlik sədri: “193 min şəxsin əlillik müddəti bitib” 16 Sentyabr 2021, 11:54 29 qazi üçün xaricdən protez gətiriləcək 16 Sentyabr 2021, 11:54 İbtidai siniflərdə dərsliklər yenilənəcək 16 Sentyabr 2021, 11:52 Quba polisi narkotacirləri yaxaladı - FOTOLAR 16 Sentyabr 2021, 11:46 Protezlə təmin olunan qazilərin sayı AÇIQLANDI 16 Sentyabr 2021, 11:46
SORĞU Hansı vaksinə etibar edirsiniz?