Arxiv
16 İyul 2021, 14:30 | PARLAMENT
Azərbaycanda qadın zorakılığı niyə artıb… - Deputat səbəblərdən DANIŞIR

Son günlər Azərbaycanda ailədaxili münaqişələrin və məişət zorakılığı hallarının artması müşahidə olunur. Və bu hallardan daha çox qadınlar, qızlar əziyyət çəkir.

Milli Məclisin üzvü Tamam Cəfərova da Modern.az-a açıqlamasında Azərbaycanda ailə-məişət zəminində baş verən cinayətlərin sayında sürətli artım baş verdiyini təsdiqləyibr. Onun sözlərinə görə, xüsusən də ailədə qadınlara qarşı zorakılıq səbəbindən ölüm hallarının sayının çoxalması daha çox narahatlıq doğurur.


Deputat bildirib ki, demək olar ki, hər həftə mətbuatda öz həyat yoldaşını öldürən kişilər haqqında xəbərlərlə rastlaşırıq:


“Demək olar ki, hər gün KİV-də ailədaxili münaqişələr, yaxud məişət zorakılığı ilə bağlı qətl  hadisələri, intiharlar barədə həyəcan doğuran məlumatlar yayılır. Ailə-məişət zorakılığı ilə bağlı məlumatlar diqqət çəkən kriminal xəbərlərin əksəriyyətini təşkil edir. Əlbəttə ki bu, cəmiyyətimizdə  haqlı narahatlıq yaradır.

Bununla yanaşı, kişilərin qadınlar tərəfindən öldürülməsi halları da artır. Və bütün bunların  məişət zəminində baş verməsi o deməkdir ki, ailələrdə ciddi problemlər var. Əgər ailədaxili problemlər vaxtında həll olunsaydı, bu şiddət, qətl, yaxud intihar səviyyəsinə çatmazdı. Ümumiyyətlə, ailə-məişət zəminində qətl və ya intihar hadisələri hər zaman olub. Sadəcə, indiki dövrdə bu hadisələr mətbuatda və sosial şəbəkələrdə daha çox işıqlandırılır və insanlar bu barədə daha çox məlumatlandırılır”.


T.Cəfərova vurğulayıb ki, pandemiya dövründə məişət zorakılığı dünyada 30% artıb:

“Pandemiya dövründə yaranmış iqtisadi-sosial çətinliklər cəmiyyətdə bir çox problemlərin baş qaldırmasına səbəb olub. Bunlardan ən önəmlisi odur ki, karantin şəraitində  insanlar arasında sosiallaşma səviyyəsi olduca aşağıdır. Təəssüf ki, insanların üzləşdiyi psixoloji gərginlik bəzi hallarda zorakılıq hallarının artmasına gətirib çıxarır. Belə ki, karantin elan ediləndən dünyada, eləcə də Avropa ölkələrində zorakılıq hallarının 30% artdığı müəyyən edilib. Təəssüf ki, bu məsələ ilə əlaqədar Azərbaycanda rəsmi statistika olmadığından real vəziyyəti qiymətləndirmək çətindir. Ailədaxili zorakılığın artmasına həmçinin özündə zorakılığı əks etdirən filmlərin göstərilməsi, sosial şəbəkələrdə və mətbuatda zorakılıq hadisələri, o cümlədəm qətl, intiharla bağlı tam təfərrüatı ilə məlumat verilməsi də öz təsirini göstərir. Və nəticədə qətli törədənlər filmlərdəki kimi öz əməllərini “namus məsələsi” adlandırmaqla, özlərinə haqq qazandırmağa çalışırlar”.



Deputat qeyd edib ki, ölkəmizdə qadınlara qarşı zorakılıqla mübarizə sahəsində beynəlxalq standartlara cavab verən qanunverici baza yaradılmışdır.


“Lakin, bu, məişət zorakılığının qarşısını almağa kifayət etmir. Zorakılıqla mübarizə təkcə dövlət qurumları tərəfindən deyil, bütün cəmiyyət tərəfindən aparılmalıdır”.


Ailələrə kömək məqsədilə sosial iş aparılmasının vacibliyini vurğulayan Tamam Cəfərova qeyd edib ki, bu sahədə mərkəzlər fəaliyyət göstərir, icra hakimiyyətlərində müvafiq komissiyalar yaradılıb.


“Lakin mahiyyət etibarı ilə nəsə dəyişməyib. Problemli ailələrdə davamlı olaraq monitorinqlər aparılmır, qabaqlayıcı tədbirlər zəifdir. Hadisələr təkrarlanır, qətllər bir qədər də qəddarlaşır. Təəssüf ki, qadın qətlləri artıq cəmiyyətimizdə dəhşətli hadisə kimi deyil, gündəlik qarşılaşdığımız adi informasiyaya çevrilir. Bu gün gündəmdə olan hadisələrin qarşısını almaq üçün ən yaxşı vasitə sosial iş institunun daha da genişləndirilməsidir. Təəssüf ki, bələdiyyələr də bu məsələlərdə aktiv deyil”.


Deputatın fikrincə, qətl hadisələrinin artmasının səbəblərindən biri zorakılıqdan şikayət edən qadınlara qarşı mənfi ictimai qınağın olmasıdır:


“Yəni, zorakılığa məruz qalan qadın hüquq-mühafizə orqanlarına müraciət etmək istədikdə çox ciddi qınaqla qarşılaşır. Təəssüf ki, bu gün Azərbaycan cəmiyyətində zorakılığa məruz qalan tərəf şikayət edəndə qınanıldığı halda, zorakılıq edən, şiddət törədən tərəf qınanılmır. Və bəzi hallarda hüquq-mühafizə orqanları da bu məsələlərdə yetərincə həssaslıq göstərmir. Yaxşı olardı ki, belə hallarda qadınların müraciətinə qadın polislər baxsın. Bunun üçün qadın polislərin sayının artması çox vacibdir.

Zorakılığa qarşı  maarifləndirmə işlərinin aparılması lazımdır. Qızların öz hüquqlarını daha yaxşı bilmələri, zorakılıqla mübarizədə özlərini daha düzgün müdafiə etmələri üçün ilk növbədə qızların təhsil almaları, hər hansı sənət əldə etmələri çox vacibdir. Bu, həm də qadınların gələcəkdə iqtisadi müstəqilliklərini təmin edir. Maarifləndirmə işində müvafiq dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti institutları da fəaliyyətlərini daha da gücləndirməlidirlər və maarifləndirmə işi ümümmilli səviyyədə aparılmalı, cəmiyyətin bütün təbəqələrini, xüsusilə risk qruplarını əhatə etməlidir”.


Fidan İlqar

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sabiq partiya sədrinə YAP-ın vəsiqəsi verildi 23 Sentyabr 2021, 21:28 Türkiyəli futbolçu rəsmən “Barselona”da 23 Sentyabr 2021, 21:12 “Azərbaycan Opera İnciləri” filmi təqdim olundu 23 Sentyabr 2021, 21:01 FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi 23 Sentyabr 2021, 20:48 “ABŞ-la düşmən yox, dost olmaq istəyirik” - Ərdoğan 23 Sentyabr 2021, 20:32 Azərbaycanda ali təhsil neçəyədir? - QİYMƏTLƏR 23 Sentyabr 2021, 20:18 Sel bəzi rayonları su, qaz və işıqsız qoydu 23 Sentyabr 2021, 20:15 Çimərlik güləşçimiz dünya çempionu oldu 23 Sentyabr 2021, 20:14 Ərdoğan Putinlə görüşdə bu məsələləri müzakirə edəcək 23 Sentyabr 2021, 20:06 Blinken fransalı həmkarı ilə görüşəcək 23 Sentyabr 2021, 19:53 “İğdırdan Naxçıvana dəmir yolu çəkiləcək” - Ərdoğan 23 Sentyabr 2021, 19:39 Ərdoğan: “Paşinyandan müsbət mesajlar alırıq” 23 Sentyabr 2021, 19:27 İƏT nümayəndələri ANAMA-da olub 23 Sentyabr 2021, 19:13 Nizami Gəncəvi Mərkəzinin üzvləri Ərdoğanla görüşdülər 23 Sentyabr 2021, 19:10 Özbəkistan Prezidenti Eldar İbrahimovu təltif etdi 23 Sentyabr 2021, 19:08 Zaqatalada çayda batan kişinin meyiti tapıldı - VİDEO 23 Sentyabr 2021, 18:56 Fərid Qayıbov Azərbaycan Güləş Federasiyasında - FOTOLAR 23 Sentyabr 2021, 18:45 Naxçıvanda şəhid ailələrinə medallar təqdim olundu   23 Sentyabr 2021, 18:36 Həkim: “Böyrək daşını əritmək üçün dərman yoxdur” 23 Sentyabr 2021, 18:24 Şəhidlərimiz dini məbədlərdə yad olunacaq   23 Sentyabr 2021, 18:14 ABŞ-da Qarabağ danışıqları: Vaşinqton nə istəyir, Ankara və Bakı nə qazanır? - TƏHLİL 23 Sentyabr 2021, 18:10 Partiya sədri Şeyxi qınadı: “İrana vaxtında cavab vermədi” 23 Sentyabr 2021, 18:06 Şəmkir və Yenikənd su anbarlarına balıq körpələri buraxıldı 23 Sentyabr 2021, 18:00 Universitetlərdə auditoriyalardan istifadəyə məhdudiyyət qoyulacaq 23 Sentyabr 2021, 17:56 Səfirimiz Pakistanın müdafiə istehsalı naziri ilə görüşüb - FOTO 23 Sentyabr 2021, 17:52 Vətən müharibəsi şəhidləri bir dəqiqəlik sükutla ANILACAQ 23 Sentyabr 2021, 17:46 Manatın xarici valyutalara qarşı məzənnəsi 23 Sentyabr 2021, 17:40 Daha 13 müəssisədə pozuntular aşkarlandı 23 Sentyabr 2021, 17:34 Deputatlar Baş Prokurorluqda olub 23 Sentyabr 2021, 17:28 30 məktəbə yeni direktor TƏYİN EDİLDİ 23 Sentyabr 2021, 17:22 “Açıq mikrofon” aksiyası bu dəfə Sabirabadda - FOTOLAR 23 Sentyabr 2021, 17:16 Medianın İnkişafı Agentliyində görüş keçirilib 23 Sentyabr 2021, 17:10 Füzulidə erməni hərbçinin qalıqları tapıldı 23 Sentyabr 2021, 17:05 Reza Deqati fəxri diplomla təltif olundu 23 Sentyabr 2021, 17:00 Əkin sahəsinin sığortası üzrə ilk ödəniş edildi 23 Sentyabr 2021, 16:54
SORĞU Hansı vaksinə etibar edirsiniz?