Modern.az

Vahid Əhmədov seçicilərilə görüşüb, bayram sovqatı paylayıb

Vahid Əhmədov seçicilərilə görüşüb, bayram sovqatı paylayıb

Aktual

22 İyul 2021, 15:26

Milli Məclisin deputatı Vahid  Əhmədov Quba şəhərində yerləşən ofisində karantin qaydalarına əməl edilməklə seciləri ilə görüşərək, onları  qəbul edib.

 

Modern.az xəbər verir ki,  qəbul ərəfəsi baş tutmuş görüşdə seçicilərə Milli Məclisdə görülən işlər barəsində məlumatlar verilmiş, onların  çoxsaylı sualları cavablandırılıb. Sonradan  qəbul  üçün  qeydiyyatdan  keçmiş  97 nəfər  deputat  tərəfindən təkbətək qəbul edilib.

 

Qəbulda  qonşu  rayonların- Xaçmaz  və  Xudat  şəhərlərinin  sakinləri  də  iştirak  edib. Qəbul zamanı əhalini maraqlandıran və  narahat  edən  bir  çox məsələlər- alınmış torpaqların  qeydiyyat  sənədlərinin  verilməsindəki  problemlər, sosial  müavinətlər  üçün  elektron  qaydadada  edilmiş  müraciətlərə  qeyri-dəqiq  savabların  verilməsi, əlilliklə  bağlı  ləğv  edilmiş  pensiyaların  nəticəsində  yaranmış  suallar, şəhərdə çoxluq  təşkil  edən  köhnə  evlərin  təmiri, işsizlik, yerlərdə  suvarma  və  içməli  suya  olan  tələbatların  ödənilməməsi, müharibə  veteranı  statusunun  alınmasındakı  qeyri  müəyyənliklər, səhiyyə  sistemindəki  nöqsanlar,kəndlərdə  internetin  olmaması və s. olub.

 

Bir  çox  məsələlər  deputatın  müdaxiləsindən sonra  yerindəcə  öz  həllini  tapmış, həlli  araşdırma  tələb  edən  məsələlər  nəzarətə  götürülmüşdür. Qəbuldan  sonra seçicilər tərəfindən qaldırilan məsələlər Quba rayon İcra Hakimiyətinin rəhbərliyinin diqqətinə çatdırılıb. 

 

Qəbul  Qurban  bayramına  təsadüf  etdiyindən  Quba  rayonundan  olan   69 şəhid və  qazi  ailəsinə   deputat  tərəfindən  ərzaq  bağlamaları  göndərilib.

 

Növbəti qəbul sentyabr ayına planlaşdırılmışdır.      

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır