Arxiv
22 İyul 2021, 22:17 | ÖLKƏ
İlham Əliyev: "Putinlə çox yaxın əlaqələrim var"

Rusiya Prezidentinin dəvəti ilə mən növbəti dəfə Rusiyaya səfər etmişəm və səfər zamanı çox geniş fikir mübadiləsi aparıldı - ilk növbədə, ikitərəfli məsələlərlə bağlı və əlbəttə, postmünaqişə vəziyyəti ilə bağlı.

 

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

 

Dövlətimizin başçısı deyib: “İkitərəfli münasibətlərə gəldikdə, bildiyiniz kimi, Rusiya və Azərbaycan strateji tərəfdaşlardır və bu, sadəcə olaraq, söz deyil. Real həyatda da biz strateji tərəfdaşıq, çünki uzunmüddətli strateji əməkdaşlıq perspektivləri ilə bağlı fikir ayrılığı yoxdur. Bizim aramızda çox möhkəm dostluq əlaqələri var və şəxsən mənim cənab Putinlə çox yaxın əlaqələrim var, biz bir-birinə inanan siyasətçilərik. Bu, çox önəmlidir və bu səfər zamanı ikitərəfli məsələlərin gündəliyi müzakirə olundu”.

 

Prezident qeyd edib ki, hazırda yeddi yol xəritəsi üzərində işləyirik. Hər bir yol xəritəsi konkret sahəyə aiddir. Hər bir sahə üzrə də yaxşı nəticələr var. Bu dəfə daha çox ticarət, iqtisadi, nəqliyyat, humanitar məsələləri müzakirə etdik.

“Nəqliyyat məsələlərinə gəldikdə, əlbəttə ki, həm əvvəlki dövrdə razılaşdırılmış məsələləri, “Şimal-Cənub” nəqliyyat dəhlizini, perspektivlərini, eyni zamanda, müharibədən sonra yaranmış vəziyyəti, o cümlədən Zəngəzur dəhlizini və postmünaqişə dövrünü müzakirə etdik. Bizim yanaşmamızda fikir ayrılığı yoxdur. Biz - Rusiya və Azərbaycan hesab edirik ki, müharibə başa çatıb, münaqişə başa çatıb. Ermənistanda heç bir revanşist meyillərə yol verilməməlidir və bundan sonra bölgədə sülh olmalıdır. Müharibə riskləri minimuma endirilməlidir və aradan qaldırılmalıdır. Burada bizim aramızda heç bir fikir ayrılığı yoxdur, biz də eyni fikirdəyik. Zəngəzur dəhlizinə gəldikdə, mən cənab Putinə bildirdim ki, bizdə olan məlumata görə, Ermənistan bu məsələ ilə bağlı yenə də özünü səmimi aparmır. Fikir vermisinizsə, mən cənab Şarl Mişellə mətbuat konfransında dedim ki, bütün yollar paralel şəkildə açılmalıdır və selektiv yanaşma olmamalıdır, yəni ayrı-seçkilik olmamalıdır. Amma biz görürük ki, Ermənistan burada da növbəti dəfə hansısa oyun oynamaq istəyir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Səyyad Əlizadənin kürəkəni: “Həkimlər əlindən gələni edir, amma...” 27 Sentyabr 2021, 11:27 Xalqı qəhrəman şəhidlərini yad edir - FOTOLAR 27 Sentyabr 2021, 11:26 Transgender deputat seçildi - FOTO 27 Sentyabr 2021, 11:23 ABŞ səfiri şəhidlərimizi ziyarət etdi 27 Sentyabr 2021, 11:20 Almaniyada seçkilər – Yeni parlamentdə qüvvələr nisbəti 27 Sentyabr 2021, 11:14 Qanunsuz işləyən süd qəbulu məntəqəsini BAĞLANDI 27 Sentyabr 2021, 11:08 Koronavirusa yoluxmuş “Aşıq Yedigar”ın son vəziyyəti - AÇIQLAMA 27 Sentyabr 2021, 11:02 Ermənistanın müharibədəki itkiləri barədə YENİ MƏLUMAT 27 Sentyabr 2021, 11:01 Xudavəng monastırında şəhidlərin xatirəsi yad olunub 27 Sentyabr 2021, 10:56 Müharibənin bir ili: Ermənilər nə düşünür? 27 Sentyabr 2021, 10:51 Spiker Anım Günü ilə bağlı paylaşım etdi 27 Sentyabr 2021, 10:46 Beynəlxalq Türk Akademiyası prezidentinin Azərbaycana mesajı 27 Sentyabr 2021, 10:43 44 günlük müharibənin ZƏFƏR günü... 27 Sentyabr 2021, 10:42 Naxçıvan məscidlərində şəhidlərin xatirəsi anılıb   27 Sentyabr 2021, 10:36 Qəhrəmanlıq salnaməsi - VİDEO 27 Sentyabr 2021, 10:32 Hikmət Hacıyevdən Anım Günü PAYLAŞIMI 27 Sentyabr 2021, 10:30 Ali Baş Komandan: “Düşmən beli qırılanda təslim olmağa məcbur oldu” 27 Sentyabr 2021, 10:27 Prezidentin xalqa müraciəti - TAM MƏTN 27 Sentyabr 2021, 10:26 Bu gün dəmir yumruğun endiyi gündür - Səfir 27 Sentyabr 2021, 10:22 Paşinyan terrorçuların lideri ilə müzakirə apardı 27 Sentyabr 2021, 10:19 “Düşmən 30 il ərzində bizə meydan oxuyub” - Ali Baş Komandan 27 Sentyabr 2021, 10:18 DTX Anım Günü ilə bağlı vodeoçarx hazırladı 27 Sentyabr 2021, 10:17 İlham Əliyev: Kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində etsin! 27 Sentyabr 2021, 10:16 Səttar Möhbalıyevdən Anım Günü ilə bağlı paylaşım 27 Sentyabr 2021, 10:12 Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır - İlham Əliyev 27 Sentyabr 2021, 10:07 Bakıda II Qarabağ Müharibəsi qəhrəmanlarına abidə UCALDILACAQ  27 Sentyabr 2021, 10:06 Ağdam Cümə məscidində şəhidlərin ruhuna dualar oxunub 27 Sentyabr 2021, 10:03 Prezident Xalqa müraciət edir - VİDEO 27 Sentyabr 2021, 10:00 Sentyabrın 27-də azad olunan ərazilər - SİYAHI 27 Sentyabr 2021, 09:55 Qələbəmizin memarı 27 Sentyabr 2021, 09:50 Ombudsman Anım Günü ilə bağlı bəyanat yaydı 27 Sentyabr 2021, 09:47 Heydər məscidində şəhidlərin xatirəsi anılıb 27 Sentyabr 2021, 09:44 Azərbaycan Ordusunun inamlı Qələbəsi 27 Sentyabr 2021, 09:40 Yuxarı Gövhər Ağa məscidində şəhidlər anılıb - VİDEO 27 Sentyabr 2021, 09:35 Şeyxülislam: Beynəlxalq hüququn edə bilmədiyini Ordumuz etdi 27 Sentyabr 2021, 09:33
SORĞU Hansı vaksinə etibar edirsiniz?