28 Sentyabr 2021, Çərşənbə axşamı
Arxiv
23 İyul 2021, 16:04 | ÖLKƏ
Yeni Baş Qərargah rəisi kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, bu gün general-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib. 

 

Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

 

Modern.az-ın məlumatına görə, general-leytenant Vəliyev Kərim Tofiq oğlu 9 fevral 1961-ci ildə Bakı şəhərində anadan olub.

 

1982-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini fərqlənmə ilə bitirib.

 

1982-1990-cı illərdə SSRİ Silahlı Qüvvələri tərkibində kursant taqım komandiri, tədris şöbə rəisinin köməkçisi, tədris şöbə rəisinin baş köməkçisi vəzifələrində xidmət edib. 1990-1994-cü illərdə Frunze adına Hərbi Akademiyada qiyabi təhsil alıb.

 

K.Vəliyev 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tədris şöbə rəisinin müavini, briqada komandiri, cəbhə komandanının müavini, Müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini, hərbi birlik komandiri, Hərbi Elmi Mərkəzin rəisi, Müdafiənin Planlaşdırılmasının Hərbi Strategiyası İdarəsinin rəisi vəzifələrində xidmət edib.

 

O, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb.

 

K.Vəliyev Azərbaycan Respublikası Prezidentinin 01.01.1994-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni, 24.06.2005-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 25.06.2012-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı, 09.12.2020-ci il tarixli Sərəncamı ilə “Zəfər” ordeni, 24.12.2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı, 29.12.2020-ci il tarixli Sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı və 29.12.2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

 

14.05.2014-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.


20.02.2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Müdafiə nazirinin müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

 

Ailəlidir. İki övladı var.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sərnişin qatarlarının hərəkəti bərpa olunur 28 Sentyabr 2021, 11:52 Mübariz İbrahimov adına məktəbin şagirdləri Türkiyədə qazilərimizi ziyarət ediblər 28 Sentyabr 2021, 11:50 Ermənistanda Şuşa və Hadrut məğlubiyyətinə görə HƏBSLƏR BAŞLADI 28 Sentyabr 2021, 11:46 Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlandı   28 Sentyabr 2021, 11:44 Şuşa məğlubiyyətinə görə 150 nəfərə ittiham İRƏLİ SÜRÜLÜB 28 Sentyabr 2021, 11:39 Kəlbəcər və Qubadlıda prokurorluq binalarının AÇILIŞI-FOTO 28 Sentyabr 2021, 11:34 Senat Türkiyəni yeni sanksiyalarla HƏDƏLƏDİ 28 Sentyabr 2021, 11:31 TÜRKPA-ya sədrlik Azərbaycandan Qazaxıstana keçdi 28 Sentyabr 2021, 11:28 General: “Düşmən ən çox itkini həmin döyüşlərdə verdi” 28 Sentyabr 2021, 11:25 İranda Vətən müharibəsi şəhidləri anılıb - FOTO 28 Sentyabr 2021, 11:24 Spiker: "Azərbaycan parlamenti TÜRKPA-nın inkişafına xüsusi diqqət ayırıb" 28 Sentyabr 2021, 11:23 Sülhməramlılar Qarabağda dronları havaya qaldırdı 28 Sentyabr 2021, 11:21 “Azəriqaz”ın baş direktorundan istehlakçılara MÜRACİƏT 28 Sentyabr 2021, 11:19 “Şəhidlər və itkinlər xalqımızın seçilmiş övladlarıdır” 28 Sentyabr 2021, 11:17 İctimai TV bu gündən daha bir ilkə imza atdı 28 Sentyabr 2021, 11:14 Qalib sərkərdənin müraciəti: müdriklik və ədalət, inam və cəsarət 28 Sentyabr 2021, 11:08 Qazaxıstanda Nizami Gəncəvi ilə bağlı təqdimat olub 28 Sentyabr 2021, 11:06 Nazirlik kadr potensialını gücləndirir - FOTOLAR 28 Sentyabr 2021, 11:03 Daha bir vaksin maxinasiyası - 6 nəfərə cinayət işi açıldı 28 Sentyabr 2021, 11:00 Protezlə təmin edilən qazilərin SAYI 28 Sentyabr 2021, 10:56 “Yaddaş” kitabı və Memorial.az saytı TƏQDİM OLUNDU 28 Sentyabr 2021, 10:53 Koronavirusun qeydə alınmadığı 5 ÖLKƏ 28 Sentyabr 2021, 10:52 Vilayət Eyvazova ağır itki üz verib 28 Sentyabr 2021, 10:49 Binalarda liftlərin ehtiyat hissələrini oğurlayan dəstə saxlanıldı - VİDEO 28 Sentyabr 2021, 10:44 Dilənçi qadın evdən oğurluq etdi 28 Sentyabr 2021, 10:39 Bakı-Sumqayıt yolunda sıxlıq var 28 Sentyabr 2021, 10:35 Elnur Əşrəfoğlunun anası Birinci vitse-prezidentdən KÖMƏK İSTƏDİ 28 Sentyabr 2021, 10:31 Tovuzda 9 yaşlı məktəblini avtomobil vurub  28 Sentyabr 2021, 10:26 Tanışına 5 bıçaq vurub TƏSLİM OLDU 28 Sentyabr 2021, 10:22 İraqlı nazir Bakı Ali Neft Məktəbində - FOTO 28 Sentyabr 2021, 10:17 Məşhur müğənni insan alverində təqsirləndirilir 28 Sentyabr 2021, 10:13 25 günün qəza statistikası: 45 ölü, 18 yaralı 28 Sentyabr 2021, 10:08 Azərbaycan tarixi ədaləti bərpa etdi 28 Sentyabr 2021, 10:04 UNEC-də XIX Beynəlxalq Türk Dünyası Sosial Elmlər konfransı keçirilib 28 Sentyabr 2021, 10:00 Avqustda qadın pensiyaçılar kişilərdən çox olub 28 Sentyabr 2021, 09:54
SORĞU Hansı vaksinə etibar edirsiniz?