Modern.az

Şəhid olan gizirimiz medalla təltif edilibmiş

Şəhid olan gizirimiz medalla təltif edilibmiş

23 İyul 2021, 18:30

Bu gün Ermənistan Silahlı Qüvvələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub.

 

Modern.az xəbər verir ki, qarşı tərəfdən açılan snayper atəşi nəticəsində Beyləqanın Qəhrəmanlı qəsəbə sakini, 1993-cü il təvəllüdlü gizir Yaqublu Fərman Telman oğlu şəhid olub.

 

Qeyd edək ki, Fərman Yaqublu Prezident İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...