Modern.az

Samuxda piyadanı maşın vurdu, sürücü qaçdı

Samuxda piyadanı maşın vurdu, sürücü qaçdı

23 İyul 2021, 22:39

Samux rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Kolayı kənd ərazisində qeydə alınıb.

 

Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi bölməsinin əməkdaşları cəlb olunub. Xəsarət alan şəxs 1967-ci il təvəllüdlü Aydın Rəşid oğlu Rəhimovdur.

 

Qəzanı törətməkdə şübhəli bilinən sürücü hadisə yerindən qaçıb.

 

Faktla bağlı araşdırma aparılır (report).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?