Modern.az

Tunisdə siyasi böhran: Baş nazir işdən qovuldu, iğtişaşlar başladı

Tunisdə siyasi böhran: Baş nazir işdən qovuldu, iğtişaşlar başladı

26 İyul 2021, 07:27

Tunisdə dərin siyasi böhran yaranıb.

 

Modern.az xəbər verir ki, ölkə prezidenti Kais Said Baş nazir Hiçam Mediçini istefaya göndərib, bundan əlavə parlamentin fəaliyyətinin dayandırılması və deputatların toxunulmazlığının ləğvi barədə sərəncam imzalayıb.

 

Tunisin bütün şəhərlərində dərin sosial-iqtisadi böhran və COVID-19 pandemiyasının kəskin artması geniş iğtişaşlara səbəb olub. Qəzəblənən kütlə polis əməkdaşlarına xəsarət yetirib və Tunisin Ennahda İslam Partiyasının qərargahlarına hücum edib.

 

Etirazçılar partiyanı 2011-ci ildən bəri ölkədə baş verən iqtisadi tənəzzül və siyasi böhranda ittiham edirlər.

 

Qeyd edək ki, Kais Said yeni Baş nazir təyin edilənə qədər hökumətin səlahiyyətlərini öz üzərinə götürdüyünü bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi