Modern.az

Baydendən İraqın baş nazirinə: "Heç bir hərbi missiyada iştirak etməyəcəyik"

Baydendən İraqın baş nazirinə:

Aktual

27 İyul 2021, 00:24

ABŞ İraqla sonrakı əməkdaşlığını bu ölkənin güc strukturlarının təliminə və İŞİD-lə mübarizə istiqamətində cəmləşdirəcək.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden bildirib.

 

"Düşünürəm ki, işlər yaxşı gedir, İraqdakı rolumuz təlimlərə kömək etmək, yenidən yüksələn İŞİD-lə mübarizəyə kömək etməkdən ibarət olacaq, amma heç bir hərbi missiyada iştirak etməyəcəyik", - deyə Bayden Ağ Evdə İraqın Baş naziri Mustafa əl-Kazemi ilə görüşdə deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü