Modern.az

Fransada bu qanunun müzakirəsi 60 saat çəkdi

Fransada bu qanunun müzakirəsi 60 saat çəkdi

27 İyul 2021, 01:17

Fransa Milli Assambleyası koronavirus epidemiyası ilə bağlı sanitar sənədin (peyvənd sənədi) istifadəsinə dair qanun layihəsini qəti şəkildə qəbul edib. Qanun layihəsi 60 saat müzakirələrdən sonra 156 lehinə, 60 əleyhinə və 14 bitərəf səslə qəbul olunub.

 

Modern.az xəbər verir ki, sanitar sənədin istifadə dairəsinin genişlənməsi, tibb işçilərinin məcburi peyvənd edilməsi, COVID-19 virusuna yoluxma təqdirində 10 günlük təcrid olunma layihənin əsas tədbirləri arasındadır.

 

Sanitar sənədin 50-dən çox insanın toplaşdığı istirahət və mədəni tədbirlərdə tələb olunacağı bildirilib. 12-17 yaş kateqoriyasından olan yeniyetmələrdən sanitar sənədin sentyabrın 30-dan etibarən tələb olunacağı qeyd edilir.

 

Sanitar sənəd tələb olunan sektorların işçiləri avqustun 30-dan peyvənd sənədini təqdim etməlidirlər. Peyvənd sənədi olmayan işçilər aylıq məvacibi ödənilmədən işdən uzaqlaşdırılacaq.

 

Saxta sanitar sənəddən istifadə edənlər 135 avro cərimə ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?