Modern.az

Palatka toyunun sahibi cərimələndi

Palatka toyunun sahibi cərimələndi

27 İyul 2021, 09:16

Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Fətəlikənd kənd sakini İsmayıl Bayramovun və Şirinbəy kənd sakini Rəhman Şakirovun fərdi yaşayış evinin həyətində təyin olunmuş qaydaları pozaraq normadan artıq sayda qonağın iştirakı ilə toy məclisi keçirdiyi müəyyən edilib.

 

Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibləri ilə profilaktiki söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbirlər görülüb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi