Modern.az

Tanınmış jurnalistin təyinatı təsdiqləndi

Tanınmış jurnalistin təyinatı təsdiqləndi

27 İyul 2021, 11:58

Xəbər verdiyimiz kimi, “Azəriqaz” İstehsalat Birliyində yeni kadr təyinatı olub.

 

Modern.az-ın məlumatına görə, Baş direktor Ruslan Əliyevin imzaladığı əmrlə uzun illər televiziyada fəaliyyət göstərmiş Eldəniz Vəliyev Birliyin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

 

R.Əliyev deyib ki, bu təyinat “Azəriqaz” İB-in ictimaiyyətlə əlaqələrinə bir qədər də təsir etmiş olacaq:

 

“İctimaiyyətə daim açıq olan “Azəriqaz” İstehsalat Birliyi bundan sonra da bu istiqamətdə öz fəaliyyətini davam etdirəcək və qurumla vətəndaş arasında birbaşa təmasın maksimum reallaşmasına çalışacaq. İnanıram ki, bugünkü təyinat bizi hədəfimizə bir qədər də yaxınlaşdıracaq”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü