Modern.az

Diversant qarşılığında mina xəritələri: Bakı ilə Yerevan yeni razılaşmaya YAXINDIR

Diversant qarşılığında mina xəritələri: Bakı ilə Yerevan yeni razılaşmaya YAXINDIR

Ölkə

27 İyul 2021, 14:07

Azərbaycanla Ermənistan arasında Qarabağda basdırılmış mina xəritələri ilə bağlı danışıqlar davam edir.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 23-31 avqust tarixlərində Bakı ilə Yerevan sayca üçüncü dəfə bu barədə razılıq əldə edəcək.

 

Belə ki, daha 15 diversantın qaytarılması qarşılığında rəsmi Yerevan Qarabağdakı mina xəritələrinin basdırıldığı ərazilərin yeni siyahısını Azərbaycana təqdim edəcək.

 

Xatırladaq ki, iyulun 3-də Rusiya tərəfinin vasitəçiliyi ilə 15 diversantın qarşılığında erməni tərəfi Füzuli və Zəngilanda basdırılmış 92 min tank və piyada əleyhinə minanın xəritəsini təqdim etmişdi. Analoji mübadilə iyunun 12-də 15 Ermənistan vətəndaşı qarşılığında Ağdam rayonunda basdırılmış 97 min minanın xəritəsinin rəsmi Bakıya təqdim edilməsi ilə nəticələnmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir