Modern.az

Sumqayıt Dəmiryol Vağzalının qarşısında qətl törədilib

Sumqayıt Dəmiryol Vağzalının qarşısında qətl törədilib

28 İyul 2021, 09:30

İyulun 27-si saat  22 radələrində Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Nurəddin Quliyevin Sumqayıt Dəmiryol Vağzalının qarşısında öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

 

Sumqayıt şəhər prokurorluğundan Modern.az-a verilən məlumata görə, zərərçəkmişin tanışı,  2002-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Rafael Quliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Nurəddin Quliyevə çoxsaylı xəsarətlər yetirərək onu  qəsdən öldürüb.

 

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Rafael Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Hazırda istintaq  davam edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir