Arxiv
28 İyul 2021, 11:53 | AKTUAL
Prokuror erməni casuslarına 16 il iş istədi - YENİLƏNİB

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.

 

Modern.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

 

Prokuror çıxışında hər iki şəxsin hər birinin 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Hazırda məhkəmə davam edir.

 

****

Saat: 11:50

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

 

Modern.az xəbərinə görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçiriləcək prosesdə şahid qismində Vidadi Orucəliyev dindirilib.

 

O deyib ki, "N" saylı hərbi hissədə xidmət edib:

 

"11 noyabr 2020-ci il tarixində Şuşa istiqamətində xidmətdə idik. Bu zaman iki nəfər Şuşa istiqamətində mövqelərimizi müşahidə aparırdı. Daha sonra onları saxladıq və sorğu-sual etdik. Həmin şəxslər bizə rus dilində cavab verdilər. Onların Ermənistan vətəndaşları olduğunu bildik. Həmin şəxslərdən Şuşada nə iş gördüklərini soruşduq. Bizə cavab verə bilmədilər. Daha sonra onları müvafiq dövlət qurumlarına təhvil verdik".

 

V.Orucəliyev bildirib ki, təqsirləndirilən şəxslər saxlanılarkən onlardan humanitar yardım aşkar olunmayıb:

 

“Həmin şəxslərin saxlandığı yerdən Xankəndi şəhərinə yol yox idi. Üzərilərində erməni dilində sənədlər var idi. Onlar mülki geyimdə idilər".

 

Məhkəməyə digər şahidin prosesdə iştirak etmədiyi qeyd edilib. Həmin şahidlə bağlı Müdafiə Nazirliyinin arayışı məhkəməyə daxil olduğu elan olunub. Arayışda qeyd olunub ki, "N” saylı hərbi hissənin polkovnik-leytenantı Vüqar Abdullayev dövlət sərhədində xüsusi taprışıqlarla bağlı xidmətdə olduğundan yaxın müddətdə məhkəmədə iştirak edə bilməcəyək. Şahid istintaqa verdiyi ifadəni təsdiqlədiyini, məhkəmədə onun ifadəsinin elan olunmasını istəyib.

Məhkəmə V.Abdullayevin istintaqa verdiyi ifadəsini elan edib.

 

O istintaqda dindirilərkən söyləyib ki, 11 noyabr 2020-ci il tarixində Şuşa şəhərində hərbçi yoldaşı V.Orucəliyevlə xidmət aparan zaman iki nəfərin onların mövqelərini müşahidə etdikləri aşkar ediblər:

"Həmin şəxslərə “Dayan" əmri verdik. Onları sorğu-sual etdik, bizə rus dilində cavab verdilər. Pasportlarından aşkar etdik ki, həmin şəxslər Ermənistan vətəndaşlarıdır. Onlardan burada nə iş gördüklərini soruşduq. Bizə cavab verə bilmədilər. Həmin şəxsləri müvafiq dövlət qurumlarına təhvil verdik".

 

Daha sonra prosesdə sənədlərin tədqiqi mərhələsinə başlanılıb.

 

Daha sonra Sujyan Gevorg Rubenoviç çıxış edək peşman olduğunu deyib:

 

"Hamınızdan üzr istəyirik, xahiş edirəm məmi bağışlasınlar".

 

Digər təqsirləndirilən Davtyan Davit Tiqran da üzr istəyib:

 

"Nə etmişəmsə, Allah mənim cəzamı versin".

 

Daha sonra hakimlər məhkəmə istintaqının tamamlandığı elan edib. Sonra ittiham nitqi ilə çıxış etmək üçün prokurora söz verilib.

 

Hazırda prokuror çıxış edir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Arılar nəsli kəsilməkdə olan 63 pinqvini öldürüblər 21 Sentyabr 2021, 00:50 TAP ilin təbii qaz layihəsi mükafatına layiq görüldü 21 Sentyabr 2021, 00:31 “Pfizer” 5-11 yaş qrupları üçün də effektivdir 21 Sentyabr 2021, 00:23 ABŞ "Əl-Qaidə" liderinə zərbə endirdi 21 Sentyabr 2021, 00:14 Livanda yeni hökumətə etimad göstərildi 20 Sentyabr 2021, 23:57 Azərbaycan-Gürcüstan əlaqələri müzakirə olunub 20 Sentyabr 2021, 23:31 Türkiyədə daha 231 nəfər virusdan ölüb 20 Sentyabr 2021, 23:20 Bakıda yaşayış binasında yanğın 20 Sentyabr 2021, 23:05 Ərdoğan Quterreşlə görüşdü 20 Sentyabr 2021, 22:52 ABŞ-da “Türk evi”nin açılışı oldu 20 Sentyabr 2021, 22:41 Bayden Makronun etirazına məhəl qoymur 20 Sentyabr 2021, 22:28 İnternetlə bağlı problemlər müzakirəyə çıxarıldı 20 Sentyabr 2021, 22:09 Daha bir ölkədə peyvəndin 3-cü dozası vurulacaq 20 Sentyabr 2021, 22:07 2 milyonluq oğurluq edən “alpinist”dən XƏBƏR VAR 20 Sentyabr 2021, 21:49 Şəhid anasını aldadan zatıqırıqlar.. 20 Sentyabr 2021, 21:46 Azərbaycanı hədələyən İran mollasına kim cavab verəcək: Allahşükür Paşazadə, yoxsa Hacı Şahin?.. 20 Sentyabr 2021, 21:40 Küveyt mətbuatı Azərbaycan nəqliyyatından yazdı 20 Sentyabr 2021, 21:37 "Azərxalça”nın sabiq sədrinin işi məhkəməyə göndərildi 20 Sentyabr 2021, 21:27 ABŞ-a gedənlərdən bunlar tələb olunacaq 20 Sentyabr 2021, 21:13 “Qarabağ” “Sumqayıt”ı məğlub etdi 20 Sentyabr 2021, 20:58 “ƏDV geri al”dan nə qədər vəsait qaytarılıb? 20 Sentyabr 2021, 20:54 "Texnofest-2022" Azərbaycanda keçiriləcək 20 Sentyabr 2021, 20:42 "Qarabağ"ın müdafiəçisi zədələndi 20 Sentyabr 2021, 20:34 ABŞ-da yoluxma sayı 42 milyonu keçib 20 Sentyabr 2021, 20:20 Heyvandarlıq məhsulları “fermadan süfrəyədək” izlənəcək 20 Sentyabr 2021, 20:02 Avtovağzaldan çıxan avtobusların sayı 2 dəfə artırılır 20 Sentyabr 2021, 19:59 Azərbaycan və Fransa minatəmizləməyə dair sənəd imzalayacaq 20 Sentyabr 2021, 19:45 Neft-qaz sektoruna nə qədər investisiya qoyulub? - RƏSMİ 20 Sentyabr 2021, 19:31 Nazirlik qazinin şikayəti ilə bağlı açıqlama yaydı 20 Sentyabr 2021, 19:28 Şəki Penitensiar Müəssisəsində nöqsanlar aşkarlandı 20 Sentyabr 2021, 19:19 Türkiyə hərbçiləri Naxçıvanda gəldi - VİDEO 20 Sentyabr 2021, 19:13 Şəhid ailəsinə qarşı dələduzluq edənlər saxlanıldı - VİDEO   20 Sentyabr 2021, 19:08 İlham Əliyev Vladimir Putini təbrik edib 20 Sentyabr 2021, 19:05 Dolların sabaha olan məzənnəsi 20 Sentyabr 2021, 18:54 Meşə materiallarını daşıyan şəxslər müəyyən edildi 20 Sentyabr 2021, 18:47
SORĞU Hansı vaksinə etibar edirsiniz?