Modern.az

Azərbaycanda yaşayan əcnəbilər bu ölkələrdən gəlib

Azərbaycanda yaşayan əcnəbilər bu ölkələrdən gəlib

28 İyul 2021, 14:48

“Hazırda Azərbaycanda 127 min əcnəbi yaşayır”.

 

Modern.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov məlumat verib. Xidmət rəisi qeyd edib ki, son 6 ayda ölkəyə 12 813 şəxs daxil olub:

 

“Azərbaycana ən çox Rusiya, Gürcüstan və Türkiyədən əcnəbilər gəlirlər. Hazırda ölkədə 127 min əcnəbi yaşayır. Bu əcnəbilər arasında Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, Qazaxıstan  vətəndaşları üstünlük təşkil edirlər”.

 

V.Hüseynov onu da qeyd edib ki, ötən 6 ay ərzində ölkədə daimi yaşamaq üçün müraciət edənlərin sayında 33,3 % faiz artım qeydə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər