Modern.az

İmişlidə güclü yanğın - FOTO

İmişlidə güclü yanğın - FOTO

Aktual

29 İyul 2021, 00:56

İmişlidə yanğın hadisəsi qeydə alınıb. Hadisə nəticəsində iki mərtəbəli çay evinin üst mərtəbəsi əşyaları ilə birlikdə yanaraq kül olub.

 

Modern.az xəbər verir ki, yanğın hadisəsi İmişli rayon sakini Mənsimov Müşfiq Cəmil oğluna məxsus çayxanada qeydə alınıb. Ümumi sahəsi 360 kvadratmetr olan iki mərtəbəli binada qeydə alınan yanğının söndürülməsi üçün İmişli rayon yanğından mühafizə xidmətinin texnikaları və canlı qüvvəsi hadisə yerinə cəlb edilib. Alov söndürələrək ətraf ərazilərə və tikililərə keçməsinin qarşısı alınıb. Binanın 1-ci mərtəbəsi yanğından mühafizə edilib.

 

Fakt araşdırılır.

 

***

 

İmişlidə yanğın hadisəsi qeydə alınıb.

 

Modern.az xəbər verir ki, hadisə saat 23 radələrində rayonda dolama yolunun kənarında yerləşən “Çay bağı” adlanan obyektdə baş verib.

 

Yanğın qısa müddətdə güclənərək obyekti cənginə alıb. Hadisə yerinə İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb edilib.

 

Hazırda yanğının qarşısını almaq üçün tədbirlər görülür (Azərtac).

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub