Modern.az

Güzəştli şərtlərlə pensiya alanların sayı açıqlandı

Güzəştli şərtlərlə pensiya alanların sayı açıqlandı

Aktual

30 İyul 2021, 09:34

2021-ci ilin iyun ayında güzəştli şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb.

 

Dövlət Sosial Müdafiə Fondundan (DSMF) Modern.az-a verilən məlumata görə, iyun ayında güzəştli şərtlərlə əmək pensiyası alanların sayı 127 min nəfərdən çox olub.

 

Rəsmi məlumata əsasən, onlardan 97 min nəfərdən çoxu yaşa, 16,5 min nəfərdən çoxu əlilliyə, 13,5 min nəfərdən çoxu isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlardır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi