Arxiv
30 İyul 2021, 10:14 | QARABAĞ
Qələbəmizə həsr olunan “Zəfər Salnaməsi” kitabı hazırlandı

Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəsinə həsr olunmuş “Zəfər Salnaməsi” kitabı hazırlanıb.

 

Modern.az xəbər verir ki, kitab Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ön sözü ilə başlayır.

 

“Zəfər Salnaməsi” kitabının əsas ideyası Vətən müharibəsinin gedişini, həmin ərəfədə baş verən prosesləri, müharibədən sonrakı qayıdışı günbəgün xronika formatında izləməkdir. Kitabı oxuyarkən Zəfərin əsas formulu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dönməz siyasi iradəsi, proseslərə strateji baxışı və sistemli yanaşması, son 17 ildə yürütdüyü daxili və xarici siyasət, ölkənin illər ərzində toplanmış iqtisadi gücünün siyasi, diplomatik və hərbi gücə transformasiyası, erməni işğalı ilə barışmayan xalqımızın və yetişmiş gənc nəslin torpaqlarımızı azad etmək əzmi, Prezident-Xalq-Ordu birliyinin vahid dəmir yumruqda birləşdiyini görürük.

 

Son illər baş vermiş hadisələr, proseslərin intensivliyi və mahiyyəti Azərbaycan Prezidentinin bütün fəaliyyətinin məhz torpaqların işğaldan azad olunmasına yönəldiyini bir daha nümayiş etdirir.

 

Proseslərin gedişini və ardıcıllığını daha müfəssəl təqdim etmək üçün kitab üç hissəyə bölünüb.

 

“Ərəfə” adlanan birinci hissə 2016-cı il Aprel döyüşlərindən 2020-ci ilin sentyabrınadək olan dövrü əhatə edir. Bu müddət ərzində Azərbaycanın şanlı Qələbəsinə aparan addımlar təsvir edilir, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordunun möhkəmləndirilməsi, ölkənin iqtisadi gücünün daha da artırılması, Azərbaycanın haqlı mövqeyinin beynəlxalq səviyyədə ortaya qoyulması istiqamətində atdığı ardıcıl və davamlı addımlar əks olunur.

 

“Vətən müharibəsi” adlı ikinci hissə 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan qısa dövr ərzində həm döyüş meydanında, həm arxa cəbhədə, həm diplomatiya müstəvisində və həm də informasiya məkanında Azərbaycanı Qələbəyə aparan mübarizə əks olunur. Burada Ali Baş Komandanın dünya liderləri ilə danışıqlar zamanı, xarici media nümayəndələrinə verilən müsahibələrdə prinsipial mövqeyi, Azərbaycanı 44 gün ərzində Qələbəyə aparan yol təsvir olunur.

 

Sonuncu, “Qayıdış” adlı hissədə isə 30 illik işğalın real nəticələri işıqlandırılır. Ermənistan tərəfindən Azərbaycan torpaqlarında həyata keçirilmiş urbisid, ekosid, mədəniyyət və dini abidələrin məhv edilməsi və digər qanunsuz əməllərin nəticələri təqdim olunur. Bakının Azadlıq meydanında Qələbəyə həsr olunmuş Zəfər paradına xüsusi yer ayrılır, habelə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin qısa müddət ərzində start verdiyi quruculuq və bərpa işləri barədə məlumat təqdim edilir.

 

“Zəfər Salnaməsi” xronika formatında olduğu üçün Böyük Qayıdışla bağlı nəşrin davamı nəzərdə tutulur.

 

Daxili və xarici oxucu auditoriyasını əhatə etmək üçün xronika üç dildə - Azərbaycan, ingilis və rus dillərində tərtib edilib.

 

Burada “IRS Publishing House”, Müdafiə Nazirliyi və AZƏRTAC-ın çəkdiyi fotoşəkillərdən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Geodeziya və Kartoqrafiya” MMC-nin xəritələrindən istifadə olunub.

 

Kitab Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və “IRS Publishing House”un birgə səyləri ilə hazırlanıb, “IRS Publishing House” tərəfindən nəşr edilib, PAŞA Həyat Sığorta ASC nəşrə yaxından dəstək göstərib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İmişlidə qətl hadisəsi törədilib   18 Sentyabr 2021, 17:03 Rusiya kosmosda film çəkəcək  18 Sentyabr 2021, 16:42 “TurAz Şahini - 2021" təlimlərində iştirak edən hərbçilərimizin bir qrupu Vətənə qayıdıb 18 Sentyabr 2021, 16:20 Mehriban Əliyevadan Milli Musiqi günü ilə bağlı PAYLAŞIM 18 Sentyabr 2021, 16:03 “Milli Qəhrəman Polad Həşimov” kitabı İstanbuldakı kitabxanaya təqdim edilib 18 Sentyabr 2021, 16:01 Mədəniyyət xadimləri Cıdır düzündə olub 18 Sentyabr 2021, 16:00 Revaksinasiya koronavirusdan müdafiəni 20 dəfə artırır 18 Sentyabr 2021, 15:54 Faktaraşdırıcı missiya Qarabağla bağlı bəyanat qəbul etdi 18 Sentyabr 2021, 15:47 Son sutkada nə qədər peyvənd vurulub? 18 Sentyabr 2021, 15:40 Yoluxma artdı - 29 nəfər öldü 18 Sentyabr 2021, 15:32 Gorus-Qafan yolunda “bayraq təxribatı”: “Polisimizin atdığı addım düşmənə tam cavab idi” 18 Sentyabr 2021, 15:25 Qaxda ikimərtəbəli, Zaqatalada isə 6 otaqlı ev yandı 18 Sentyabr 2021, 15:18 “Şuşa yaşayış bir çox şəhərlərdən fərqli olacaq” - Xüsusi nümayəndə 18 Sentyabr 2021, 15:11 Minaatanların intensiv döyüş hazırlığı davam edir - VİDEO 18 Sentyabr 2021, 15:04 Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir - Akar 18 Sentyabr 2021, 14:57 Üzeyir Hacıbəyovun adı çəkiləndə Qarabağ yada düşür - Deputat 18 Sentyabr 2021, 14:50 “Azərmaş” yeni avtomobil və avtobusların istehsalına başladı 18 Sentyabr 2021, 14:44 Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik Özbəkistana keçdi 18 Sentyabr 2021, 14:37 “Üzeyirin ruhu qarşısında imtahan verdim” - Mənsur İbrahimov 18 Sentyabr 2021, 14:30 Messinin PSJ-dən qazanacağı gəlir açıqlandı 18 Sentyabr 2021, 14:23 İranda ötən sutkada 355 nəfər koronavirusdan ölüb 18 Sentyabr 2021, 14:16 Rusiyanın iki hərbi gəmisi Bakıya gəlib - FOTO 18 Sentyabr 2021, 14:10 Kursantlarla görüş keçirilib - FOTO 18 Sentyabr 2021, 14:03 Şuşada Musiqi Festivalının konserti keçirilir - FOTOLAR 18 Sentyabr 2021, 13:56 “Şuşada istilik sistemləri bərpa olunur” - Aydın Kərimov 18 Sentyabr 2021, 13:50 Ruhumuzu və mədəniyyətimizi Şuşaya qaytarmışıq - Nazir 18 Sentyabr 2021, 13:44 Heroin qəbul edib taksi sürdü - FOTO 18 Sentyabr 2021, 13:37 Narkotacir qardaşlar saxlanıldılar - FOTOLAR 18 Sentyabr 2021, 13:30 Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb 18 Sentyabr 2021, 13:23 Şuşada ilk dəfə Milli Musiqi Günü keçirilir 18 Sentyabr 2021, 13:17 Nazirlik köməksiz qalan vətəndaşları xilas etdi - FOTOLAR 18 Sentyabr 2021, 13:10 Türkiyəli gənc Fransada amansızlıqla qətlə yetirilib 18 Sentyabr 2021, 13:02 Mədəniyyət xadimləri Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edib 18 Sentyabr 2021, 12:56 İcra başçısı şəhid ailəsi ilə görüşüb - FOTO 18 Sentyabr 2021, 12:50 23 yaşlı azərbaycanlı Ukraynada itkin düşdü - FOTO 18 Sentyabr 2021, 12:42
SORĞU Hansı vaksinə etibar edirsiniz?