Modern.az

“YAŞAT”a toplanan vəsait 39 milyon manatı ötdü

“YAŞAT”a toplanan vəsait 39 milyon manatı ötdü

Aktual

30 İyul 2021, 15:41

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fonduna toplanan vəsait 39 milyon manatı ötüb.

 

Modern.az xəbər verir ki, Fonda toplanan vəsait 39 041 778.13 manatdır. Həmin vəsaitdən 17 122 331.17 manatı fiziki şəxslər, 21 919 446.96 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib.

 

Fonda daxil olan vəsaitin 31 831 031.61 manatı xərclənib. Vəsaitin qalığı isə 7 210 746.52 manatdır.

 

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" fərman imzalayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar