28 Sentyabr 2021, Çərşənbə axşamı
Arxiv
30 İyul 2021, 17:58 | PARLAMENT
Eldəniz Səlimov deputat mandatından məhrum edilir

“İntizam Komissiyası Baş Prokurorun deputat Eldəniz Səlimovla bağlı təqdimatına əsasən toplaşacaq. Amma hələlik təqdimat verilməyib”.

 

Bunu Modern.az-a Milli Məclisin İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı bildirib.

 

F.Ağamalı deyib ki, Konstitusiyasının 90-cı maddəsinin II hissəsinə görə, Eldəniz Səlimov Baş Prokurorluğun təqdimatı, Milli Məclisin rəyi ilə deputat mandatından məhrum edilə bilər:

 

“Bu asılıdır Baş Prokurorluğun təqdimatından. Təqdimata Milli Məclis onun daxil olduğu vaxtdan 7 gün müddətində baxmalıdır. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Milli Məclisin Sədri Milli Məclisin deputatı haqqında təqdimatı əvvəlcə Milli Məclisin İntizam komissiyasına göndərir. İntizam komissiyası təqdimata baxaraq Milli Məclisin deputatının toxunulmazlığına xitam verilib-verilməməsi barədə rəy qəbul edir.

 

Milli Məclis bu barədə məsələlərə deputat toxunulmazlığına xitam verilməsi barədə təqdimat olan deputatın iştirakı ilə baxır. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda məsələyə onun iştirakı olmadan baxılır. Bu məsələ Milli Məclisin iclasında müzakirə edilərkən deputatın ittiham edildiyi cinayətdə təqsirli olub-olmaması müzakirə oluna bilməz. İclasda iştirak edən deputatlar yalnız deputat toxunulmazlığına xitam verilməsi barədə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatında kifayət qədər əsasların olub-olmamasını aydınlaşdıra bilərlər. Bu məqsədlə Azərbaycan Respublikasının Baş prokuroruna suallar verə bilər, deputat toxunulmazlığına xitam verilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər”.

 

Parlamentarinin sözlərinə görə, deputatın toxunulmazlığına xitam verilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilməlidir:

 

“Beləliklə, araşdırmadan sonra çıxarılan nəticələrə əsasən, Baş Prokuror Eldəniz Səlimovun deputat kimi toxunulmazlığıına xitam verilməsi üçün Milli Məclisə təqdimat verə və Milli Məclisin qərarı ilə deputat toxunulmazlığına xitam verildikdən sonra Eldəniz Səlimov barədə cinayət işi açıla bilər. Konstitusiyanın 89-cu maddəsinə əsasən, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda Milli Məclisinin deputatı mandatından məhrum edilir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İctimai TV bu gündən daha bir ilkə imza atdı 28 Sentyabr 2021, 11:14 Qalib sərkərdənin müraciəti: müdriklik və ədalət, inam və cəsarət 28 Sentyabr 2021, 11:08 Qazaxıstanda Nizami Gəncəvi ilə bağlı təqdimat olub 28 Sentyabr 2021, 11:06 Nazirlik kadr potensialını gücləndirir - FOTOLAR 28 Sentyabr 2021, 11:03 Daha bir vaksin maxinasiyası - 6 nəfərə cinayət işi açıldı 28 Sentyabr 2021, 11:00 Protezlə təmin edilən qazilərin SAYI 28 Sentyabr 2021, 10:56 “Yaddaş” kitabı və Memorial.az saytı TƏQDİM OLUNDU 28 Sentyabr 2021, 10:53 Koronavirusun qeydə alınmadığı 5 ÖLKƏ 28 Sentyabr 2021, 10:52 Vilayət Eyvazova ağır itki üz verib 28 Sentyabr 2021, 10:49 Binalarda liftlərin ehtiyat hissələrini oğurlayan dəstə saxlanıldı - VİDEO 28 Sentyabr 2021, 10:44 Dilənçi qadın evdən oğurluq etdi 28 Sentyabr 2021, 10:39 Bakı-Sumqayıt yolunda sıxlıq var 28 Sentyabr 2021, 10:35 Elnur Əşrəfoğlunun anası Birinci vitse-prezidentdən KÖMƏK İSTƏDİ 28 Sentyabr 2021, 10:31 Tovuzda 9 yaşlı məktəblini avtomobil vurub  28 Sentyabr 2021, 10:26 Tanışına 5 bıçaq vurub TƏSLİM OLDU 28 Sentyabr 2021, 10:22 İraqlı nazir Bakı Ali Neft Məktəbində - FOTO 28 Sentyabr 2021, 10:17 Məşhur müğənni insan alverində təqsirləndirilir 28 Sentyabr 2021, 10:13 25 günün qəza statistikası: 45 ölü, 18 yaralı 28 Sentyabr 2021, 10:08 Azərbaycan tarixi ədaləti bərpa etdi 28 Sentyabr 2021, 10:04 UNEC-də XIX Beynəlxalq Türk Dünyası Sosial Elmlər konfransı keçirilib 28 Sentyabr 2021, 10:00 Avqustda qadın pensiyaçılar kişilərdən çox olub 28 Sentyabr 2021, 09:54 Magistral yollarda sürət həddi endirildi 28 Sentyabr 2021, 09:50 Keçmiş kürəkənini bıçaqlayan qayınata TUTULDU 28 Sentyabr 2021, 09:46 Parlament şəhid və qazi ailələrinin məsələsinə yenidən baxacaq 28 Sentyabr 2021, 09:40 DYP-dən taksi sürücülərinə sonuncu XƏBƏRDARLIQ 28 Sentyabr 2021, 09:36 İnternat uşaqları: onları bu müəssisələri tərk edəndən sonra nələr gözləyir… 28 Sentyabr 2021, 09:31 Xəzər dənizində köməksiz qalan 3 nəfər xilas edildi 28 Sentyabr 2021, 09:27 Sabahdan universitetlər və kolleclər açılır 28 Sentyabr 2021, 09:22 Qarabağa “Böyük qayıdış”la bağlı komissiya yaradılır 28 Sentyabr 2021, 09:17 “Brent” neftin qiyməti 80 dolları ötdü 28 Sentyabr 2021, 09:12 Xarici valyutaların manata qarşı məzənnələri 28 Sentyabr 2021, 09:06 Direktor olmaq istəyənlərin nəzərinə - Müsahibə mərhələsi başlayır 28 Sentyabr 2021, 09:00 Şəmkirdə ağır qəza -1 nəfər öldü 28 Sentyabr 2021, 08:52 Yaddan çıxmış sənətkarlar: Məmurların haqsızlığı ilə üzləşən, ad günündən 3 gün sonra ölən AKTYOR 28 Sentyabr 2021, 08:45 Dünyada COVID-19-a yoluxanların sayı 233 milyonu ÖTDÜ 28 Sentyabr 2021, 08:35
SORĞU Hansı vaksinə etibar edirsiniz?