Modern.az

Əfqanıstanda 60 nəfər selin qurbanı oldu

Əfqanıstanda 60 nəfər selin qurbanı oldu

31 İyul 2021, 15:00

Əfqanıstanın Kamdiş bölgəsində güclü yağışlar səbəbindən sel yaranıb. 

 

Modern.az xəbər verir ki, bu haqda məlumatı bölgənin aid olduğu Nuristan vilayətinin yerli rəhbərliyi yayıb.

 

Məlumata əsasən, sel nəticəsində 60 nəfər həlak olub. Bununla yanaşı, təbii fəlakət nəticəsində 150-dən çox sakin itkin düşüb. 

 

Axtarış-xilasetmə əməliyyatları hazırda davam edir. 

 

Ölkənin Təbii Fəlakətlərlə Mübarizəyə Hazırlıq İdarəsinin məlumatına görə, sel səbəbindən 150 ev və 2 körpüyə zərər dəyib. Bölgə “Taliban” hərəkatı döyüşçülərinin nəzarətində olduğu üçün seldən zərər görən sakinlərə kömək göndərmək mümkün deyil. 

 

“Taliban” isə açıqlama yayaraq həmin ərazilərdə sakinlərə kömək çatdırmaq istəyən qurumlara şərait yaradılacağını iddia edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər