Arxiv
31 İyul 2021, 18:20 | AKTUAL
Azərbaycan-İsrail iqtisadi əlaqələri genişlənir - FOTO  

İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb, İsrail biznes dairələrinin iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib.

 

İqtisadiyyat Nazirliyindən Modern.az bildirilib ki, işgüzar görüşdə çıxış edən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-İsrail iqtisadi münasibətlərinin yüksək səviyyədə olduğunu, əməkdaşlığın gücləndirilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb.

 

Qeyd olunub ki, tədbir iqtisadi tərəfdaşlığın inkişafına, biznes dairələri arasında əlaqələri dərinləşdirməyə istiqamətlənmiş təşəbbüslər üçün əhəmiyyətli platformadır. İsraildə açılan Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri iş adamları arasında əməkdaşlığın genişlənməsi üçün yeni mexanizmlərdir və qeyri-neft ixracının artırılması, biznes və investisiya mühitinin təşviqi, qarşılıqlı investisiyaların cəlb olunması, həmçinin turizm əlaqələrinin inkişafına fayda verəcək. Mikayıl Cabbarov ölkəmizin müasir innovasiyalar məkanına çevrilməsinin qarşıya hədəf kimi qoyulduğunu, enerji, səhiyyə, rəqəmsallaşma, investisiya, innovasiya, İKT, kənd təsərrüfatı, su sektorunun idarə edilməsi, turizm və s. sahələrdə tərəfdaşlıq üçün böyük potensialı diqqətə çatdırıb. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərimizin təbii ehtiyatları, avtomobil və dəmir yolları şəbəkəsinin, hava limanlarının tikintisi, yeni nəqliyyat dəhlizlərinin, xüsusən də Zəngəzur dəhlizinin açılması investorlar üçün geniş imkanlar yaradır. Bununla yanaşı, “Ağıllı şəhər”, “Ağıllı kənd”, “Yaşıl enerji” layihələrinə xarici investorların cəlb edilməsi üçün müvafiq addımlar atılır. İqtisadiyyat naziri İsrail şirkətlərini Azərbaycanın əlverişli biznes və investisiya mühitindən, iqtisadi potensialından yararlanmağa və fəal əməkdaşlığa dəvət edib.

 

İşgüzar Dəyirmi Masada Energetika nazirinin müavini Elnur Soltanov Azərbaycan-İsrail əlaqələrinin uğurlu inkişafını, keçirilən tədbirlərin və aparılan səmərəli müzakirələrin tərəfdaşlığın genişləndirilməsində əhəmiyyətini qeyd edib, qlobal çağırışlara uyğun yeni əməkdaşlıq istiqamətləri, o cümlədən “Yaşıl enerji” layihələrində birgə iştirak barədə fikirlərini bölüşüb.

 

Tədbir çərçivəsində İsrailin “OurCrowd” şirkəti və Azərbaycan İnvestisiya Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sənəddə startap layihələrinə sərmayə qoyuluşu, İsrailin aparıcı şirkətlərinin qabaqcıl təcrübəsinin ölkəmizdə tətbiqi, innovasiyalar, ekosistemin təkmilləşdirilməsi sahəsində əməkdaşlıq nəzərdə tutulur. Memorandumda əksini tapan məsələlərin reallaşdırılması yeni texnologiyaların sürətlə mənimsənilməsinə, onların vətəndaşlara və biznes maraqlarına xidmət etməsinə, dövlət qurumlarının və biznesin yeni çağırışlara çevik uyğunlaşmasına töhfə verəcəkdir.

 

Qeyd edək ki, 2013-cü ildə qurulan “OurCrowd” şirkəti İsrailin vençur investisiya şirkətidir. Qiymətli kağızlar üzrə dünyanın ən böyük kütləvi maliyyələşdirmə platformalarından olan şirkət süni intellekt, texnologiya, nəqliyyat, enerji, səhiyyə, təhlükəsizlik və digər sahələrdə fəaliyyət göstərən startap şirkətlərinə investisiya qoyuluşu üzrə ixtisaslaşıb. Şirkət investorlar və qurumlar üçün startaplara, ilkin mərhələli şirkətlərə və vençur fondlara sərmayə qoyuluşu məqsədilə yatırım platforması təklif edir. “OurCrowd” şirkətinin qurucusu və baş direktoru Jonathan Medved İsraildə yüksək texnologiyalar sahəsində tanınmış mütəxəssis və vençur investorudur.

 

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, AZPROMO-nun rəhbəri Yusif Abdullayevin də iştirak etdiyi İşgüzar Dəyirmi Masada İsrail şirkətlərin təqdimatı dinlənilib, aparıcı şirkətlərlə ikitərəfli görüşlər keçirilib. Müzakirələrdə İsrail şirkətləri əməkdaşlığın genişləndirilməsində və yeni əlaqələrin qurulmasında maraqlarını ifadə ediblər.

 

 

İsrailin biznes dairələri Azərbaycanla əməkdaşlıqda maraqlıdır (FOTO) - Gallery Image İsrailin biznes dairələri Azərbaycanla əməkdaşlıqda maraqlıdır (FOTO) - Gallery Image İsrailin biznes dairələri Azərbaycanla əməkdaşlıqda maraqlıdır (FOTO) - Gallery Image İsrailin biznes dairələri Azərbaycanla əməkdaşlıqda maraqlıdır (FOTO) - Gallery Image İsrailin biznes dairələri Azərbaycanla əməkdaşlıqda maraqlıdır (FOTO) - Gallery Image İsrailin biznes dairələri Azərbaycanla əməkdaşlıqda maraqlıdır (FOTO) - Gallery Image
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Braziliya prezidentinin oğlu da koronavirusa yoluxdu 25 Sentyabr 2021, 00:50 Argentinada təyyarə qəzası: Ölənlər var 25 Sentyabr 2021, 00:46 Ceyhun Bayramov BMT-də beş həmkarı ilə görüşdü - FOTOLAR   25 Sentyabr 2021, 00:22 ABŞ "Taliban"ın edam cəzasını bərpa etmək planını pislədi 25 Sentyabr 2021, 00:16 Sentyabrın 27-dək ictimai nəqliyyat işləməyəcək 25 Sentyabr 2021, 00:01 İraqda Türkiyə hərbçisi həlak oldu 24 Sentyabr 2021, 23:46 Şahmatçılarımız Avropa kubokunda bürünc medal qazandılar 24 Sentyabr 2021, 23:22 Paşinyan: "Ermənistan davamlı sülh üçün dialoqa hazırdır" 24 Sentyabr 2021, 23:11 İsmayıllıda maşın dəmir maneəyə çırpıldı - Ölən var 24 Sentyabr 2021, 23:04 Hikmət Hacıyev İran xarici işlər nazirinin müavini ilə görüşdü 24 Sentyabr 2021, 22:52 Qarabağ həqiqətləri Latviya mətbuatında 24 Sentyabr 2021, 22:50 Türkiyə Suriyada daha 3 terrorçunu zərərsizləşdirdi 24 Sentyabr 2021, 22:35 "Brent" markalı neftin qiyməti 78 dolları keçdi 24 Sentyabr 2021, 22:13 Türkiyədə daha 221 nəfər virusun qurbanı oldu 24 Sentyabr 2021, 22:07 FHN əməkdaşları NATO təlimində iştirak etdilər 24 Sentyabr 2021, 21:53 ABŞ “Taliban”la maliyyə əməliyyatlarına icazə verdi 24 Sentyabr 2021, 21:42 Ermənistan ordusunda cinayətlərin sayı kəskin artıb 24 Sentyabr 2021, 21:29 Reza Deqati vaxtilə Şuşada çəkdiyi fotonu paylaşdı 24 Sentyabr 2021, 21:10 Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi mövcud deyil 24 Sentyabr 2021, 20:49 Azərbaycan ilk dəfə badminton üzrə dünya çempionatına qatılacaq 24 Sentyabr 2021, 20:38 Ceyhun Bayramov Cozef Borel ilə görüşdü 24 Sentyabr 2021, 20:25 Gələn ilin büdcə layihələri təsdiqləndi 24 Sentyabr 2021, 20:21 10 ildə Suriyada 350 mindən çox insan ölüb 24 Sentyabr 2021, 20:18 Tenderlərdə müqavilələrin bir mənbə ilə bağlanması qəbuledilməzdir 24 Sentyabr 2021, 20:02 Müasir hərbi texnikanın alınması əsas istiqamətlərdən biri olacaq 24 Sentyabr 2021, 19:50 Əli Əsədov: "Azad edilmiş ərazilərin bərpası ən əsas prioritetlərindədir" 24 Sentyabr 2021, 19:38 Gələn ilin dövlət büdcəsi müzakirə edildi 24 Sentyabr 2021, 19:33 Səfir İran Ordusunun sərhəddəki təlimlərindən DANIŞDI 24 Sentyabr 2021, 19:20 İran səfiri : “Özəl şirkətlər bu addımı atıblar” 24 Sentyabr 2021, 19:14 "8 ay ərzində cinayət hadisələrinin 85,3 %-nin üstü açılıb" - Nazir 24 Sentyabr 2021, 19:10 BMT-də Azərbaycanın təşəbbüsü ilə birgə bəyanat səsləndirildi 24 Sentyabr 2021, 19:00 Ağcabədidə minik avtomobili yandı 24 Sentyabr 2021, 18:56 Daşkəsəndə itkin düşən şəxslərin meyitləri TAPILDI 24 Sentyabr 2021, 18:52 Azercell Mobil Müştəri Xidmətləri Şuşada - VİDEO 24 Sentyabr 2021, 18:46 Şeyx İraqın neft naziri ilə görüşüb - FOTO 24 Sentyabr 2021, 18:40
SORĞU Hansı vaksinə etibar edirsiniz?