Modern.az

Fəlakət zonasının sakinləri dövlətdən yardım alacaq - Ərdoğan

Fəlakət zonasının sakinləri dövlətdən yardım alacaq - Ərdoğan

31 İyul 2021, 22:55

Türkiyədə meşə yanğınlarının zərərini aradan qaldırması məqsədi ilə ilkin mərhələdə təcili tədbirlər üçün 50 milyon türk lirəsi (təxminən 6 milyon dollar) ayrılıb.

 

Modern.az xəbər verir ki, bunu şənbə günü Antalya vilayətində meşə yanğınları zonasında aparılan baxışdan sonra keçirilən mətbuat konfransında Prezident Rəcəb Tayyib Ərdoğan bildirib.

 

"Hər zərər çəkən dövlətdən yardım alacaq. Ziyan tam həcmdə ödəniləcək, vergi ödənişləri təxirə salınacaq. İl ərzində fəlakət zonasında bütün yanmış yaşayış binaları yenidən tikiləcək. Tikinti işləri bölgələrin memarlığının xüsusiyyətləri nəzərə alınmaqla aparılacaq", - Ərdoğan deyib.

 

Dövlət başçısı 31 iyul axşam saatlarına əksər meşə yanğınlarının artıq lokallaşdırıldığını və ya söndürüldüyünü qeyd edib.

 

Prezident xatırladıb ki, Ukrayna, Rusiya, Azərbaycan və İran Türkiyəyə kömək üçün xüsusi təyyarələr göndəriblər: 

 

“Ukrayna, Rusiya, Azərbaycandan, son anda da İrandan gələn təyyarələrlə yanğının söndürülməsinə cəlb olunan təyyarələrin sayı artıb”.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?