Modern.az

Yunanıstanda yanğına görə sakinlər təxliyə edildi

Yunanıstanda yanğına görə sakinlər təxliyə edildi

31 İyul 2021, 23:51

Peloponnes yarımadasının Ziria bölgəsində güclü meşə yanğınları səbəbindən dörd yaşayış məntəqəsi, uşaq düşərgəsi və bir otelin sakinləri təxliyə edilib.

 

Modern.az-ın məlumatına görə, bu barədə yerli ERT1 telekanalı xəbər yayıb.

 

Məlumata əsasən, təxliyyə edilən Ziria, Kamares, Lampiri və Lonqos yaşayış məntəqələrinin sakinləridir.

 

Yanğını söndürmək üçün 95 yanğınsöndürən maşın, 4 yanğşnsöndürən piyada qrupu, 4 təyyarə və vertolyotlar cəlb edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir