Ermənistanın paytaxtı Yerevanda silahlı insident olub.
Modern.az xəbər verir ki, bu barədə “Shamshyan.com” saytı məlumat yayıb.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə 8 ədəd giliz və ölkənin məşhur biznesmenlərindən birinə məxsus “Range Rover” markalı avtomobili aşkar ediblər. Həmin iş adamının adı açıqlanmayıb.
Hadisə ilə bağlı cinayət işi başlanıb. İnsidentin detalları hələlik məlum deyil.