Modern.az

Türkiyənin 8 bölgəsində yanğın davam edir

Türkiyənin 8 bölgəsində yanğın davam edir

1 Avqust 2021, 23:42

Hazırda Türkiyənin 8 bölgəsində yanğınlar davam edir.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli bildirib.

 

Onun sözlərinə görə, indiyədək ölkə üzrə 125 yanğından 117-si nəzarətə alınıb. 

 

Nazir, həmçinin qeyd edib ki, yanğınlarla mübarizədə 13 təyyarə, 9 pilotsuz hava vasitəsi (İHA), 45 helikopter, bir pilotsuz helikopter, 708 yanğınsöndürən maşın və su tankeri, 4800 canlı qüvvə iştirak edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir