Modern.az

Ağdaşda faciə: Fəhlə dəzgaha düşərək öldü

Ağdaşda faciə: Fəhlə dəzgaha düşərək öldü

Aktual

2 Avqust 2021, 09:22

İyulun 31-i saat 9 radələrində Ağdaş rayonu ərazisində yerləşən şirniyyat istesalı ilə məşğul olan müəssisədə 1992-ci il təvəllüdlü Ülvi Sadıqovun  ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Ağdaş rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, Ülvi Sadıqov fəhlə kimi işlədiyi “Orelay” şirniyyat müəssisəsində iş zamanı ehtiyatsızlıqdan dəzgahın içərisinə düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində ölüb.

 

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır