Modern.az

Koreyada 200-ə yaxın azərbaycanlı yaşayır 

Koreyada 200-ə yaxın azərbaycanlı yaşayır 

2 Avqust 2021, 09:34

Hazırda Koreyada təxminən 200 nəfərə yaxın azərbaycanlı yaşayır.

 

Bu barədə Modern.az-a müsahibəsində Azərbaycanın Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov bildirib

 

Diplomatın sözlərinə görə,  Koreyada yaşayan soydaşlarımızın çoxu tələbələrdir:

 

"Koreyada təxminən 200 nəfərə yaxın azərbaycanlı yaşayır. Onların əksəriyyətini tələbələr və əvvəllər bu ölkədə təhsil almış, daha sonra ölkənin nüfuzlu şirkətlərində çalışan vətəndaşlarımız təşkil edir. Hazırda Koreyada yeganə diaspor təşkilatı kimi fəaliyyət göstərən BUTA Azərbaycan-Koreya Dostluq Assosiasiyası 21 mart 2009-cu ildə təsis edilib, 10 fevral 2015-ci il tarixində Koreyada qeyri-kommersiya məqsədli təşkilat kimi rəsmi qeydiyyatdan keçib".

 

Qeyd: Səfirin müsahibəsini yaxın saatlarda saytımızda oxuya bilərsiniz.

 

Aysel Məhərrəm

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı