Arxiv
2 Avqust 2021, 17:44 | AKTUAL
Qazi döyülüb? - DİN məsələyə aydınlıq gətirdi

"Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Vətən müharibəsi iştirakçısı Kənan Aşurovun əsassız olaraq Ağstafa rayon Polis Şöbəsinə gətirilməsi, orada döyülməsi və təhqir olunması ilə bağlı həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumat dərc edilib".

 

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Modern.az-a bildirilib ki, iyulun 31-də Ağstafa rayon Yenigün kənd sakini Tural Vəliyevin döyülərək müxtəlif bədən xəsarətləri almasında şübhəli bilinən həmin kənd sakini Kənan Aşurov Ağstafa rayon Polis Şöbəsinə dəvət edilib, lakin sonuncu polis əməkdaşlarının qanuni tələblərinə riayət etməyərək cəmiyyət içərisində qeyri-adekvat hərəkətlər nümayiş etdirib.

 

Daha sonra K. Aşurov RPŞ-də öz xuliqanlıq hərəkətlərini davam etdirərək şöbə əməkdaşlarına nalayiq ifadələr işlədərək Vətən Müharibəsi iştirakçı olduğuna görə etdiyi qanunsuzluqlara göz yumulmalı olduğunu, polisə gətirilməməli olduğunu bildirib və inzibati binada xidmət göstərən polis əməkdaşlarının xidmətinə mane yaradıb.

 

Bundan sonra K. Aşurovun anası İlhamə Aşurova da polis şöbəsinə gələrək övladının qeyri-adekvat hərəkətlərini dəstəkləmiş və polis əməkdaşlarına nalayiq ifadələr işlədib. Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.

 

Məhkəmənin qərarı ilə hər iki şəxs həmin maddə ilə təqsirli bilinib, K. Aşurova xəbərdarlıq olunub, İlhamə Aşurova isə 50 manat miqdarında cərimə edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Eks-deputatın oğlu küçənin ortasında güllələndi 24 Sentyabr 2021, 11:11 Ekspertdən fərqli baxış: Pandemiya cinayətləri azaldır - DİN reaksiya verdi 24 Sentyabr 2021, 11:10 NATO-nun yeni hədəfi Çindir 24 Sentyabr 2021, 11:05 Yaşayış yerini tərk etmiş koronavirus xəstəsi olan tibb işçisi saxlanıldı 24 Sentyabr 2021, 11:00 Şəhidlərin məzarı ziyarət olunub 24 Sentyabr 2021, 10:56 Ağdamın Ətyeməzli kəndi - VİDEO 24 Sentyabr 2021, 10:55 Avqustda pensiya alanların SAYI 24 Sentyabr 2021, 10:50 Azərbaycanda bu institutun adı dəyişdirildi 24 Sentyabr 2021, 10:46 Ceyhun Bayramov xarici işlər nazirlərinin illik toplantısında çıxış etdi  24 Sentyabr 2021, 10:40 “Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” 24 Sentyabr 2021, 10:35 Ermənistan məğlubiyyətin günahkarlarını axtarır - Arayik və Cəlal Arutunyanlar həbs oluna bilər 24 Sentyabr 2021, 10:32 Karantin qaydalarını pozan toy təşkilatçısı cərimələndi 24 Sentyabr 2021, 10:30 Azərbaycan neftinin qiyməti 78 dolları ötdü 24 Sentyabr 2021, 10:26 Təhsil müəssisələrində Anım Günü qeyd olunacaq 24 Sentyabr 2021, 10:22 Salyanda narkotik alverçiləri ələ keçdi 24 Sentyabr 2021, 10:16 Rusiya və Fransa XİN başçıları Qarabağı müzakirə etdi 24 Sentyabr 2021, 10:10 Bu il minlərlə tələbənin təhsil xərcini dövlət ödəyəcək 24 Sentyabr 2021, 10:05 Sabiq daxili işlər naziri general rütbəsindən məhrum edildi 24 Sentyabr 2021, 10:00 Goranboyda ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüş keçirilib 24 Sentyabr 2021, 09:55 Qələbə tariximizin şəhidləri və şahidləri 24 Sentyabr 2021, 09:49 Türk Dünyasının alimləri UNEC-də 24 Sentyabr 2021, 09:45 Saxta COVID pasportu alanlar necə cəzalandırılmalıdır... 24 Sentyabr 2021, 09:40 İtkin düşənlərin axtarışına MN əməkdaşları da cəlb olundu 24 Sentyabr 2021, 09:34 Təhsil naziri bu rayonların sakinləri üçün videoqəbul keçirəcək 24 Sentyabr 2021, 09:28 Deputat seçiciləri ilə görüşüb - FOTOLAR 24 Sentyabr 2021, 09:22 Bakıda mağaza YANDI 24 Sentyabr 2021, 09:16 Azərbaycanlı rejissorun filmi daha bir beynəlxalq festivalda yarışır 24 Sentyabr 2021, 09:10 Bakıda yenə tıxac var - SİYAHI 24 Sentyabr 2021, 09:05 Milli Qəhrəmanımızın şəhadət günüdür 24 Sentyabr 2021, 09:00 Sabah gücləndirilmiş dezinfeksiya işləri aparılacaq 24 Sentyabr 2021, 08:55 Xarici valyutaların manata qarşı məzənnələri 24 Sentyabr 2021, 08:50 Elbrus dağında 5 alpinist həlak oldu   24 Sentyabr 2021, 08:40 Azərbaycanda ən çox sürülən avtomobil markaları: “Mercedes”, “Jiquli”… - Maraqlı SİYAHI 24 Sentyabr 2021, 08:35 Prezident: “İstənilən müsbət siqnala cavab verməyə hazır idik”   24 Sentyabr 2021, 08:33 Nyu-Yorkda məcburi köçkünlərin qayıtmasından danışıldı 24 Sentyabr 2021, 08:30
SORĞU Hansı vaksinə etibar edirsiniz?