Modern.az

Məşhur gecə klubunda karantin qaydaları pozuldu  

Məşhur gecə klubunda karantin qaydaları pozuldu  

Aktual

3 Avqust 2021, 09:18

Paytaxtın Nərimanov rayonunda yerləşən "İnfiniti" gecə klubunda karantin qaydalarının pozulması ilə bağlı KİV-də yayılan görüntülər Nərimanov Rayon Polis İdarəsində araşdırılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarovun Modern.az-a verdiyi məlumata görə, araşdırma nəticəsində obyektdə sanitar-karantin qaydalarının bir qisminə riayət edilmədiyi, müştərilərə klubun əməkdaşları tərəfindən qəlyandan istifadəyə şərait yaradıldığı məlum olub. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq klub fəaliyyətini gecə saat 00:00 dan sonra da davam etdirir.

 

Qeyd edilən məsələlərlə bağlı obyektin icarədarı və klubun mühafizə xidmətinin əməkdaşı Nərimanov RPİ-yə dəvət ediliblər.

 

DİN rəsmisinin sözlərinə görə, klubun icarədarı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 4000 mühafizə xidmətinin əməkdaşı isə 200 manat məbləğində cərimə ediliblər:

 

“Həmin şəxslərə xəbərdarlıq edilərək onlarla profilaktik söhbətlər aparılıb. Bildirilib ki,obyektdə belə bir hal növbəti dəfə aşkar olunduğu təqdirdə polis əməkdaşları tərəfindən daha sərt inzibati tənbeh tədbirləri görüləcək”.

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi