Modern.az

Cahit Bağçı Azərbaycana təşəkkür etdi

Cahit Bağçı Azərbaycana təşəkkür etdi

3 Avqust 2021, 09:22

“Azərbaycandan yola saldığımız 53 nəqliyyat vasitəsi və 250 nəfərdən ibarət yardım karvanı doğulduğum şəhər Çorumdan keçərək Ankara istiqamətində irəliləyir. Yanğında yanımızda olan bacı və qardaşlarımıza ürəkdən təşəkkür edirik”.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı rəsmi Tvitter səhifəsində paylaşım edib.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını fədakarlıqla davam etdirirlər.

 

 

 

Aysel Məhərrəm

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır