Modern.az

“Deputatların şərəfli adını qorumalıyıq” - Eldar İbrahimov

“Deputatların şərəfli adını qorumalıyıq” - Eldar İbrahimov

3 Avqust 2021, 11:22

“Milli Məclisin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsinə kifayət qədər səbəblər var”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında çıxış edən parlamentin İntizam komissiyasının sədri Eldar İbrahimov deyib.

 

Komissiya sədri bildirib ki, deputatların şərəfli adını qorumalıyıq: “Hər kəs qanun qarşısında bərabərdir. Bu hadisə hər birimiz üçün dərs oldu”.

 

Qeyd edək ki, növbədənkənar sessiyanın gündəliyinə Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ daxil edilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır