Modern.az

Moskva Bakının Avropa Birliyinə üzv olma perspektivini DƏYƏRLƏNDİRDİ

Moskva Bakının Avropa Birliyinə üzv olma perspektivini DƏYƏRLƏNDİRDİ

4 Avqust 2021, 14:29

Rusiyanın Avropa Birliyindəki daimi nümayəndəsi Vladimir Çijov MDB ölkələrinin Birliyə üzvlük perspektivini dəyərləndirib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, diplomat “Şərq Tərəfdaşlığı” ölkələrindən heç birinin Avropa ailəsinin üzvü ola bilməyəcəyini söyləyib.

 

“Ukrayna, Gürcüstan və Moldovanın Avropa Birliyinə daxil olma ehtimalı çox aşağıdır. Qorxuram ki, bu məsələnin aktual olacağı dövrə biz sağ çıxmayaq. Azərbaycanla Ermənistan isə hazırda öz daxili məsələləri və ikitərəfli danışıqlarla məşğuldur. Belarus Prezidenti Aleksandr Lukaşenko Qərbin sanksiyalarına cavab olaraq Avropa Birliyi ilə əməkdaşlıq layihələrinə son qoyub”,- deyə Çijov qeyd edib.

 

Onun fikrincə, hazırda Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramı (Ukrayna, Belarus, Moldova, Gürcüstan, Ermənistan və Azərbaycan) dərin böhran keçirir.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi