Modern.az

“Azərsu”da İctimai Şuranın ilk iclası keçirildi  

“Azərsu”da İctimai Şuranın ilk iclası keçirildi  

4 Avqust 2021, 17:23

“Azərsu” ASC yanında İctimai Şuranın ilk iclası keçirilib, iclasda Şuranın sədri, sədr müavinləri və katibi seçilib.

 

ASC-dən Modern.az-a verilən məlumata görə, Milli QHT Forumunun prezidenti Rauf Zeyni İctimai Şuraya sədr, “Ekoloji Maarifçilik və Monitorinq” İB sədri Qəmzə Yusubova, Əlil Sahibkarlar Təşkilatı İB sədri Mirzə Məmmədvəliyev və “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İB-nin sədri Tələt Qəribov müavinlər, “Beynəlxalq Hidroloji Proqram” İB-nin üzvü Aytən İmanova isə katib seçilib.

 

Seçkilərdən sonra İctimai Şuranın üzvləri ilə görüşən “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov sədr, müavin və katib seçilənləri təbrik edib, Şuranın işinə uğurlar arzulayıb. Şuranın “Azərsu” ASC ilə ictimaiyyət və vətəndaşlar arasında körpü rolunu oynayacağını deyən Köçərli Həsənov bildirib ki, su mənbələrinə, su təchizatı müəssisələrinə, laboratoriyalara səfərlər təşkil olunacaq, müştəri məmnunluğunun təmin olunması, şikayət və müraciətlərin həlli üçün birlikdə fəaliyyət göstəriləcək. Eyni zamanda, İctimai Şuradan daxil olacaq təkliflər araşdırılaraq aidiyyəti üzrə qərarlar qəbul olunacaq.

 

Qeyd edək ki, “Azərsu” ASC yanında İctimai Şurada 11 nəfər təmsil olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?