Modern.az

Soydaşlarımız Türkiyədə yanğından zərərçəkənlərə yardım göndərdi  

Soydaşlarımız Türkiyədə yanğından zərərçəkənlərə yardım göndərdi  

4 Avqust 2021, 18:32

İstanbulda fəaliyyət göstərən Azərbaycan təhsil-kültür dərnəyi və onun nəzdindəki Şəhid Mübariz İbrahimov məktəbi Manavqat yanğınlarında zərər çəkən ailələrə yardım göndərib.

 

Mübariz İbrahimov məktəbinin müdiri Məhsəti Şərif Modern.az-a bildirib ki, geyim, təmizlik və sağlamlıq məhsullarından ibarət yardım qutularında məktəbin şagirdlərinin məktubları da olub:

 

“Məktəbimiz eyni zamanda Manavqatda salınacaq meşə sahəsi üçün 500 ədəd ağac tingi də bağışlayıb. Yanğınlar tam söndürüldükdən sonra meşələr yenidən salındığı zaman şəhid Mübariz İbrahimovun xatirə lövhəsi qoyulacaq. Bu məsələdə bizə Almaniyanın “Medina” dərnəyi və muzeyinin müdiri, professor Cəmaləddin Özdəmir köməkçi oldu. O hazırda yanğın bölgəsindədir. C. Özdəmir meşə sahələrinin yenidən salınmasından sonra şəhidimizin xatirə lövhəsinin qoyulmasına razılıq alıb".

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi