Arxiv
4 Avqust 2021, 20:00 | AKTUAL
YAP-a birləşən bu partiyaların nümayəndələrinə üzüvlük vəsiqləri verilib

Avqustun 4-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın VII Qurultayında YAP-a birləşən siyasi partiyaların bir qrup nümayəndəsinə üzvlük vəsiqələrinin təqdim olunması mərasimi keçirilib.

 

YAP-dan Modern.az-a verilən məlumata görə, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, bu il martın 5-də keçirilən YAP-ın VII Qurultayında mühüm qərarlar qəbul olunub. Bu qərarlar sırasında 6 siyasi partiyanın YAP-a qoşulması da xüsusi vurğulanmalıdır. Onun sözlərinə görə, qurultayın keçirilməsində əsas məqsəd 44 günlük Vətən müharibəsindən sonra ölkəmizdə və regionda yaranmış yeni reallıqlar fonunda YAP-ın qarşısında duran vəzifələrin və yeni dövr üçün fəaliyyət istiqamətlərinin müəyyən edilməsindən ibarət olub.

 

YAP Sədrinin müavini qeyd edib ki, 30 ilə yaxın işğal altında olan ərazilərimizin azad olunması ilə bağlı ötən illər ərzində dövlətimiz ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sistemli iş aparıb: “Məlumdur ki, bu dövrdə Ermənistan və onun havadarları, erməni diasporu, lobbisi Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq üçün kampaniyalar aparıblar. Bu informasiya müharibəsində ölkəmiz tərəfindən Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində böyük işlər görüldü. İqtisadiyyatımızın bir neçə dəfə artması, xüsusilə güclü ordunun yaradılması, Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və ölkəmizin etibarlı tərəfdaş kimi qəbul olunması, tolerantlıq məkanı kimi özünü təsdiqləməsi bizi qələbəyə doğru aparan mühüm amillərdir. Eləcə də, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hücum diplomatiyası nəticəsində nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi haqqında sənədlər qəbul olundu ki, bu sənədlər öz gücümüzə torpaqlarımızı işğaldan azad etmək üçün hüquqi baza rolunu oynadı”.

 

Tahir Budaqov deyib ki, 44 günlük Vətən müharibəsində qələbəmizi şərtləndirən əsas amilərdən biri xalq-iqtidar birliyi və vətəndaş həmrəyliyidir. Müharibə başlayan gün ölkədə fəaliyyət göstərən siyasi partiyaların birgə bəyanat verərək Ali Baş Komandana və ordumuza dəstək nümayiş etdirməsi bunu bir daha təsdiqləyir. Eyni zamanda, 6 siyasi partiyanın YAP-a qoşulması da Azərbaycanda milli həmrəyliyin növbəti təcəssümüdür.

 

Qarşımızda böyük vəzifələrin dayandığını deyən YAP Mərkəzi Aparatının rəhbəri diqqətə çatdırıb ki, bu vəzifələrin yerinə yetirilməsi üçün daha da güclü olmalıyıq. Bu baxımdan, Yeni Azərbaycan Partiyası üçün də yeni prioritetlər mövcuddur. Partiyanın hazırlanan yeni proqramında da bu prioritetlər geniş şəkildə öz əksini tapacaq. Prioritetlər sırasında Azərbaycana dost olan ölkələrin siyasi partiyaları ilə əməkdaşlığın daha da genişləndirilməsi məsələsi də xüsusi yer tutur. Buna nümunə kimi YAP və AK Parti arasında imzalanmış əməkdaşlığa dair niyyət protokolunu və hər iki partiyanın nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini vurğulamaq yerinə düşər.

 

Tahir Budaqov YAP-ın sıralarına qoşulmuş 6 siyasi partiyanın nümayəndələrinin də partiyamızın həyatında fəal iştirak edəcəyinə inamını ifadə edib.

 

Tədbir iştirakçılarından Azərbaycan Yurddaş Partiyasının sabiq sədri Gülayə Səfərova, Azərbaycan Kəndli Partiyasının sabiq sədri Məmməd Məmmədov və Azərbaycan Demokrat Sahibkarlar Partiyasının sabiq sədri Qasım Qasımov çıxış edərək Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə təşəkkür edib və bundan sonra YAP üzvləri kimi üzərlərinə düşən vəzifələri layiqincə doğrultmağa çalışacaqlarını vurğulayıblar.

 

Sonra tədbir iştirakçılarına Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Braziliya prezidentinin oğlu da koronavirusa yoluxdu 25 Sentyabr 2021, 00:50 Argentinada təyyarə qəzası: Ölənlər var 25 Sentyabr 2021, 00:46 Ceyhun Bayramov BMT-də beş həmkarı ilə görüşdü - FOTOLAR   25 Sentyabr 2021, 00:22 ABŞ "Taliban"ın edam cəzasını bərpa etmək planını pislədi 25 Sentyabr 2021, 00:16 Sentyabrın 27-dək ictimai nəqliyyat işləməyəcək 25 Sentyabr 2021, 00:01 İraqda Türkiyə hərbçisi həlak oldu 24 Sentyabr 2021, 23:46 Şahmatçılarımız Avropa kubokunda bürünc medal qazandılar 24 Sentyabr 2021, 23:22 Paşinyan: "Ermənistan davamlı sülh üçün dialoqa hazırdır" 24 Sentyabr 2021, 23:11 İsmayıllıda maşın dəmir maneəyə çırpıldı - Ölən var 24 Sentyabr 2021, 23:04 Hikmət Hacıyev İran xarici işlər nazirinin müavini ilə görüşdü 24 Sentyabr 2021, 22:52 Qarabağ həqiqətləri Latviya mətbuatında 24 Sentyabr 2021, 22:50 Türkiyə Suriyada daha 3 terrorçunu zərərsizləşdirdi 24 Sentyabr 2021, 22:35 "Brent" markalı neftin qiyməti 78 dolları keçdi 24 Sentyabr 2021, 22:13 Türkiyədə daha 221 nəfər virusun qurbanı oldu 24 Sentyabr 2021, 22:07 FHN əməkdaşları NATO təlimində iştirak etdilər 24 Sentyabr 2021, 21:53 ABŞ “Taliban”la maliyyə əməliyyatlarına icazə verdi 24 Sentyabr 2021, 21:42 Ermənistan ordusunda cinayətlərin sayı kəskin artıb 24 Sentyabr 2021, 21:29 Reza Deqati vaxtilə Şuşada çəkdiyi fotonu paylaşdı 24 Sentyabr 2021, 21:10 Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi mövcud deyil 24 Sentyabr 2021, 20:49 Azərbaycan ilk dəfə badminton üzrə dünya çempionatına qatılacaq 24 Sentyabr 2021, 20:38 Ceyhun Bayramov Cozef Borel ilə görüşdü 24 Sentyabr 2021, 20:25 Gələn ilin büdcə layihələri təsdiqləndi 24 Sentyabr 2021, 20:21 10 ildə Suriyada 350 mindən çox insan ölüb 24 Sentyabr 2021, 20:18 Tenderlərdə müqavilələrin bir mənbə ilə bağlanması qəbuledilməzdir 24 Sentyabr 2021, 20:02 Müasir hərbi texnikanın alınması əsas istiqamətlərdən biri olacaq 24 Sentyabr 2021, 19:50 Əli Əsədov: "Azad edilmiş ərazilərin bərpası ən əsas prioritetlərindədir" 24 Sentyabr 2021, 19:38 Gələn ilin dövlət büdcəsi müzakirə edildi 24 Sentyabr 2021, 19:33 Səfir İran Ordusunun sərhəddəki təlimlərindən DANIŞDI 24 Sentyabr 2021, 19:20 İran səfiri : “Özəl şirkətlər bu addımı atıblar” 24 Sentyabr 2021, 19:14 "8 ay ərzində cinayət hadisələrinin 85,3 %-nin üstü açılıb" - Nazir 24 Sentyabr 2021, 19:10 BMT-də Azərbaycanın təşəbbüsü ilə birgə bəyanat səsləndirildi 24 Sentyabr 2021, 19:00 Ağcabədidə minik avtomobili yandı 24 Sentyabr 2021, 18:56 Daşkəsəndə itkin düşən şəxslərin meyitləri TAPILDI 24 Sentyabr 2021, 18:52 Azercell Mobil Müştəri Xidmətləri Şuşada - VİDEO 24 Sentyabr 2021, 18:46 Şeyx İraqın neft naziri ilə görüşüb - FOTO 24 Sentyabr 2021, 18:40
SORĞU Hansı vaksinə etibar edirsiniz?