Modern.az

Azərbaycanda valyuta ehtiyatlarının artımı proqnozlaşdırılır

Azərbaycanda valyuta ehtiyatlarının artımı proqnozlaşdırılır

4 Avqust 2021, 21:29

"Fitch" reytinq agentliyi Azərbaycanda valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artımını proqnozlaşdırır.

 

Modern.az xəbər verir ki, bunu Trend-ə agentliyin suveren istiqrazlar şöbəsinin baş direktoru Pol Qembl deyib.

 

Onun sözlərinə görə, "Fitch"in may ayında Azərbaycanın reytinqi üzrə "BB+" proqnozunu "mənfi"dən "stabil"ə yüksəltməsi ölkənin suveren balansının pandemiyaya və ötənilki neft qiymətlərinin azalmasına dayanıqlığını əks etdirir:

 

"2020-ci ilin sonunda xarici valyutada suveren aktivlərin həcmi 49,9 milyard dollar təşkil edib ki, bu əvvəlki illə müqayisədə daha yüksəkdir. Xarici maliyyə isə daha yüksək neft qiymətləri ilə dəstəklənir. İyun ayında "Fitch" neft qiymətlərinin bu il 63 dollar/barel, 2022-ci ildə 55 dollar/barel olacağını proqnozlaşdırıb. Bütün bunları nəzərə alaraq proqnozlaşdırırıq ki, 2021-2022-ci illərdə cari əməliyyatlar hesabının profisiti orta hesabla ümumi daxili məhsulun 7 faizini təşkil edicik. Bu isə valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artımına gətirib çıxaracaq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu