Modern.az

Daşkəsən sakininə balta ilə xəsarət yetirildi

Daşkəsən sakininə balta ilə xəsarət yetirildi

4 Avqust 2021, 22:17

Daşkəsən rayonunun Astaf kəndində içki məclisi qanlı hadisə ilə nəticələnib.

 

Modern.az-ın məlumatına görə, 1981-ci il təvəllüdlü Eldəniz Həsən oğlu Abdullayev içki məclisində baş verən dava zamanı başından balta ilə xəsarət alıb. O, ağır vəziyyətdə Gəncə şəhərinin xəstəxanalarının birinə aparılıb.

 

İlkin məlumatlara görə, E.Abdullayevə həmyerlisi xəsarət yetirib. Hazırda polis əməkdaşları onun saxlanılaraq istintaqa cəlb edilməsi üçün əməliyyat tədbirləri görür.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi