Modern.az

Daha 20 ölkə ilə hava sərhədlərimiz açıldı

Daha 20 ölkə ilə hava sərhədlərimiz açıldı

Ölkə

5 Avqust 2021, 00:08

Bu gündən hava nəqliyyatı vasitəsilə 20 ölkənin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycana giriş-çıxışına icazə verilib.

 

Modern.az xəbər verir ki, həmin şəxslər COVID-19 pasportu və 72 saat ərzində verilən COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında Azərbaycan gəlib-gedə biləcəklər.

 

 

 

Vətəndaşlarının Azərbaycana giriş-çıxışına icazə verilən ölkələrin siyahı:

 

1. Almaniya Federativ Respublikası;

2. Avstriya Respublikası;

3. Belcika Krallığı;

4. Çexiya Respublikası;

5. Danimarka Krallığı;

6. İrlandiya Respublikası;

7. İspaniya Krallığı;

8. İsveç Krallığı;

9. İsvecrə Konfederasiyası;

10. Kanada;

11. Luksemburq Böyük Hersoqluğu;

12. Malta Respublikası;

13. Niderland Krallığı;

14. Polşa Respublikası;

15. Portuqaliya Respublikası;

16. Serbiya Respublikası;

17. Sinqapur Respublikası;

18. Slovakiya Respublikası;

19. Sloveniya Respublikası;

20. Yunanıstan Respublikası.

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir