Modern.az

Deputatın qızının toyunda karantin qaydaları pozulub? - RƏSMİ

Deputatın qızının toyunda karantin qaydaları pozulub? - RƏSMİ

5 Avqust 2021, 15:36

Sosial şəbəkələrdə millət vəkili, bəstəkar Novruz Aslanın qızının toyunda karantin qaydalarının pozulmasına dair xəbərlər və foto yayılıb.

 

Modern.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, sosial şəbəkələrdə yayılan həmin foto sözügedən toyda çəkilməyib:

 

"Bütün şadlıq evlərində olduğu kimi, həmin toyda da monitorinq aparılıb. Toy məclisində Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara zidd hər hansı bir fakt və ya pozuntu aşkar edilməyib. Sosial şəbəkələrdə yayılan foto həmin toyda çəkilməyib".

 

Qeyd edək millət vəkilinin qızı Günelin toyu ötən gün baş tutub.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi