Arxiv
8 Avqust 2021, 13:57 | QARABAĞ
Rusiya hərbçiləri sərhədimizdə: Nə etməliyik?
"Ermənistan müharibədə ağır məğlubiyyətdən sonra ikinci şokunu yaşadı – Azərbaycan bu ölkə ilə 30 il nəzarətsiz qalan sərhədini müəyyənləşdirməyə başladı. Ermənilər Azərbaycan hərbçilərini yaxınlıqlarında görürlər. İrəvan bu vəziyyətdə sərhədin müəyyənləşməsi məqsədilə Bakı ilə danışıqlara razı olmaq əvəzinə Rusiyaya yalvarmağa başladı ki, “gəlin sərhədə yerləşin”.    

 

Bunu Modern.az-a politoloq Elxan Şahinoğlu deyib.

 

Onun sözlərinə görə, Moskva bir ara belə çağırışlara reaksiya vermirdi və Ermənistanda parlament seçkilərinin nəticəsini gözləyirdi. Seçki arxada qaldı və Nikol Paşinyan kürsüsünü qorudu. Kreml Ermənistanda Paşinyan reallığını qəbul etdi:    

 

"Bundan sonra Rusiyanın Ermənistandakı səfiri və ayrı-ayrı rus generallar tez-tez sərhəd ərazilərdə görünməyə başladılar. Aydın oldu ki, Rusiya Ermənistanın Türkiyə və İranla yanaşı, Azərbaycanla sərhədində də yerləşməyə hazırlaşır. Ancaq Ermənistanın Türkiyə və İrandan fərqli olaraq Azərbaycanla sərhədin bəzi kəsimləri müəyyən olunmayıb. Ona görə rusiyalı sərhədçilərin sərhədin müəyən olunmayan hissəsində yerləşməsi Azərbaycanın haqlı narazılığına səbəb ola bilərdi. Buna görə də Moskva risq etmədi. Rusiya öz hərbçilərini hələ ki, sərhədin delimitasiya və demarkasiya olunmamış hissələrinə göndərmir. Rusiya sərhədçiləri Tovuz istiqamətində görünməyə başlayıblar".     

 

İrəvan Rusiya ilə Azərbaycanı üz-üzə qoyur 

 

     

 

Politoloq hesab edir ki, Ermənistan normal dövlət olsaydı, delimitasiya və demarkasiya işləri yekunlaşandan sonra o biri tərəfdə hansı ölkənin sərhədçilərinin xidmət çəkəcəyi Azərbaycanı çox maraqlandırmamalı idi. Ancaq yenə də Ermənistanın Türkiyə və İranla sərhədi ilə Azərbaycanla sərhədi arasında fərq var. Ermənistanın Türkiyə və İranla sərhədində insident baş vermir:

 

"Kim zəmanət verə bilər ki, Ermənistan ordusu Azərbaycanla sərhədə təxribat törədib, rusiyalı sərhədçilərin arxasında gizlənməyəcək? Misal üçün rusiyalı hərbçilər Qarabağdadırlar. Ancaq elə rusiyalı hərbçilərin nəzarət etdiyi ərazilərdən Şuşa atəşə tutuldu. Bu hallar sərhəddə də baş verə bilər.

 

Bu mənada rəsmi Bakının Moskvadan müxtəlif kanallarla hesabat istəməyə haqqı çatır. Kremlə ən azı iki sual ünvanlanmalıdır: Rusiya öz hərbçilərini hansı məqsədlə Ermənistan-Azərbaycan sərhədində yerləşdirir? Rusiya hərbçiləri onların nəzarət etdiyi Ermənistan ərazisindən Azərbaycana qarşı hər hansı təxribatın baş verməyəcəyinə təminat verirmi? Məsələ burasındadır ki, o tərəfdən bizə qarşı təxribat baş verərsə, biz cavab vermək məcburiyyətində qalacağıq. Bunun məsuliyyəti isə artıq Rusiyanın üzərində olacaq. Belə çıxacaq ki, İrəvan Rusiya ilə Azərbaycanı üz-üzə qoyur".

 

“Bizə Türkiyənin diplomatik və hərbi dəstəyi lazım olacaq”

 

           

“Rusiya sözdə bizə müxtəlif vədlər verə bilər. Ancaq reallıq fərqlidir. Rəsmi Bakının balanslaşdırılmış xarici siyasəti bir mərhələyə qədər davam edə bilər. Hazırda elə bir mərhələyə gəlmişik ki, strateji tərəfimizlə çalışmalarımızı genişləndirməliyik. Prezident İlham Əliyev özü hər dəfə vurğulayır ki, “dünyada Türkiyə-Azərbaycan ittifaqının bənzəri yoxdur”, “Azərbaycan ordusu Türkiyə ordusunun kiçik modelinə çevrilməlidir” və s. Demək, təhlükəsizlik siyasətini bu tezislər əsasında formalaşdırmalıyıq. Rusiya Ermənistandakı hərbi bazasını genişləndirirsə, Azərbaycanla sərhəddə hərbçilərini yerləşdirirsə, biz niyə eyni işi Türkiyə ilə görməməliyik?

 

Azərbaycan cəmiyyəti və siyasi palitrası rusiyalı hərbçilərin vaxtları bitəndən sonra Qarabağdan çıxmasını istəyir. Hakimiyyətin də istəyi budur, əks halda Xarici İşlər Nazirliyinin açıqlamalarında “Qarabağda müvəqqəti yerləşdirilən sülhməramlılar” ifadəsi yer almazdı. Ancaq Moskva, İrəvan və Qarabağdakı erməni separatçıları rusiyalı hərbçilərin bölgədə daimi qalması üçün əllərindən gələni edəcəklər, müxtəlif təxribatlar da istisna deyil. Odur ki, rusiyalı hərbçilərin torpaqlarımızdan çıxması üçün bizə Türkiyənin diplomatik və hərbi dəstəyi lazım gələcək. Bu prosesə indidən başlamaq lazımdır. İlk addım rusiyalı hərbçilərin sərhədimizdə yerləşdirilməsinə düşünülmüş və gələcəyə hesablanmış cavabımız olmalıdır", - deyə Elxan Şahinoğlu rusiyalı hərbçilərin sərhəddə yerləşdirilməsi prosesini şərh edib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Putin Baydenlə görüşəcək? – Kremldən CAVAB 20 Oktyabr 2021, 14:09 İran yenidən hərbi təlimlərə BAŞLADI 20 Oktyabr 2021, 13:52 Kişilər ev işlərinə görə xanımına pul ödəsin- DEPUTATDAN TƏKLİF 20 Oktyabr 2021, 13:18 Türkiyənin Qarabağ kəndi – Orada ermənilər yaşamır - FOTOLAR 20 Oktyabr 2021, 13:15 Mehriban Əliyeva Boğaziçi sammitinə dəvət olundu 20 Oktyabr 2021, 13:04 Ermənistanda qazın və suyun qiyməti BAHALAŞACAQ 20 Oktyabr 2021, 13:00 Şəhid və qazi ailələri könüllülərin DİQQƏTİNDƏ 20 Oktyabr 2021, 12:55 Azərbaycanla Xorvatiya arasında daha 7 sənəd İMZALANACAQ 20 Oktyabr 2021, 12:51 Milli Parkda ova cəhd edənlər cəzalandırıldı 20 Oktyabr 2021, 12:46 ABŞ Türkiyəni Yunanıstanla ƏVƏZLƏYİR 20 Oktyabr 2021, 12:41 Sabahın hava PROQNOZU 20 Oktyabr 2021, 12:30 Azərbaycanda 14 jurnalist koronavirusdan ölüb 20 Oktyabr 2021, 12:19 Erməni diversantlar qaytarıldı: Bakının jesti nəyə hesablanıb? 20 Oktyabr 2021, 12:15 Nazir “Xudafərin” SES-in inşasının tamamlanma vaxtını AÇIQLADI 20 Oktyabr 2021, 12:14 Daha bir marşrut xətti “BakuBus”a verildi 20 Oktyabr 2021, 12:10 Haaqada Nizami Gəncəvi GECƏSİ 20 Oktyabr 2021, 12:09 Türkiyə sənayesinin bir nömrəli istehsalçısı Azərbaycanda - FOTOLAR 20 Oktyabr 2021, 12:05 YAP-da yeni şöbə yaradılıb 20 Oktyabr 2021, 11:52 Elnur Əşrəfoğlu dəfn olundu 20 Oktyabr 2021, 11:48 “İşıqlı Azərbaycan Fotolarda” - QALİBLƏR 20 Oktyabr 2021, 11:41 Şəhid Elyəddin Cəfərovun xatirəsi anılıb             20 Oktyabr 2021, 11:36 Mehriban Əliyeva: Qayıdışın həyəcan və sevincini sizinlə bölüşürəm! 20 Oktyabr 2021, 11:33 Pensiya, minimum əməkhaqqı, müavinət və təqaüdlər 20-40% artırılacaq 20 Oktyabr 2021, 11:32 Zəngilan hansı iqtisadi potensiala malikdir? 20 Oktyabr 2021, 11:30 “Qarabağ Şikəstəsi”nin fortepiano KOMPOZİSİYASI 20 Oktyabr 2021, 11:30 Koronavirusun “delta”dan da təhlükəli ştamı 2 ölkədə TAPILIB 20 Oktyabr 2021, 11:26 Türkiyədə 70 yaşlı satıcıdan iyrənc cinayət – 11 yaşlı qızlara təcavüz etdi 20 Oktyabr 2021, 11:20 Prezident 300 min vətəndaşın ölümündə İTTİHAM OLUNUR 20 Oktyabr 2021, 11:19 Bakıda hakim məhkəmə zalında HƏBS EDİLDİ 20 Oktyabr 2021, 11:15 Milli Məclisdə xüsusi iclas keçiriləcək 20 Oktyabr 2021, 11:10 Əsas planımız kredit portfelini artırmaqdır - MÜSAHİBƏ   20 Oktyabr 2021, 11:07 Prokurorluq uşaqların göbələkdən ölməsini ARAŞDIRIR 20 Oktyabr 2021, 11:05 Sülhməramlılar Qarabağdakı 27 postda məşqlər keçirdi 20 Oktyabr 2021, 11:04 Bakıda bal yarmarkası açıldı 20 Oktyabr 2021, 11:00 Ermənilərin Şuşanın adını Şuşiyə çevirmək ideyası… 20 Oktyabr 2021, 10:54