Arxiv
10 Avqust 2021, 16:00 | ƏDƏBİYYAT
“Qarabağ Azərbaycandır” - Xüsusi xidmət polkovnikinin kitabında nələrdən yazılıb...

Dövlətinə və Vətəninə tükənməz məhəbbət nümunəsi


Yaradıcılığına və şəxsiyyətinə böyük hörmət bəslədiyim, yazıçı-publisist və şair kimi tanınan, ehtiyatda olan xüsusi xidmət polkovniki Hamlet ismayılov bu günlərdə “Карабах – это Азербайджан” (“Qarabağ Azərbaycandır”) adlı yeni kitabını mənə bağışladı. Bundan əvvəl də Hamlet müəllimin rus dilində çap olunmuş “Гаранты Государственный Безопаности” (“Dövlət Təhlükəsizliyi Qarantları”) kitabı ilə tanış idim və müəllifin vətənini ürəkdən sevən və qəlbən yurduna bağlı bir insan kimi dövlətçiliyə, vətənə tükənməz məhəbbətindən və sədaqətindən xəbərdar idim.


Hamlet İsmayılov rusca təhsil alsa da, bütün düşüncə və əməlləri ilə əsl millilik daşıyıcısı kimi çoxəsrlik adət və ənənələrimizə hörmət edən, ədəbiyyat və incəsənətimizə sayğı ilə yanaşan, şərəfli keçmişimizi dərindən öyrənən, bu günümüzə hörmət və gələcəyimizə böyük ümidlər bəsləyən soydaşlarımızdandır. İndiyədək araya-ərsəyə gətirdiyi yeddi kitabda oxucuya təqdim etdiyi orijinal fikirlərlə dolu, ədəbi-bədii cəhətdən yetkinlik nümunəsi sayılacaq yazılarında vətənə bağlılığını, vicdanlılıq və sədaqətlilik prinsiplərini həmişə önə çəkib. Yeni kitabında da bu hisslər, duyğular daha qabarıq konturlarla üz çıxır.


“Карабах – это Азербайджан” kitabında ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin böyük sərkərdəlik qabiliyyəti, dünya miqyaslı diplomatik fəaliyyəti, xalqa, dövlətə, Heydər Əliyev siyasi kursuna və ənənələrinə sədaqət nümunəsi xronoloji ardıcıllıqla şərh olunur, təhlil edilir, müəyyən nəticələr çıxarılır. 30 il müddətində erməni əsarətində qalan torpaqlarımızın cəmi 44 gün ərzində dünyada bəlkə də analoqu olmayan hərbi-siyasi və diplomatik yolla azad edilməsi təbii ki, məhz Heydər Əliyev məktəbinin layiqli və yorulmaz davamçısı, dünya siyasi arenasında sözü və əməli ilə nümunə göstərilən böyük dövlət xadiminin, müzəffər Ali Baş Komandanın qismətinə yazılmışdı və cənab İlham Əliyev öhdəsinə düşən müqəddəs vəzifəni uğurla həyata keçirə bildi. Beləliklə, cənab İlham Əliyev müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin arzularını reallaşdıra bildi, Ata qarşısında verdiyi sözə əməl etdi, Azərbaycan üzərində heç vaxt sönməyən azadlıq və suverenlik məşəlini alovlandırmağı bacardı. 44 gün ərzində dünyanın bir çox ölkələrindən müxtəlif niyyətlərlə Azərbaycana gələn jurnalistlərə verdiyi müsahibələr, diplomatlara və dövlət xadimlərinə açıqlamaları, cəbhədəki vəziyyətə tam nəzarəti şəxsən öz üzərinə götürməsi, hər bir kənd, yüksəklik uğrunda gedən döyüşləri və uğurları diqqətlə izləyib Azərbaycan xalqına bütün dəqiqliyi və təfərrüatı ilə çatdırması ölkə rəhbərinin müdrikliyinfən və uzaqgörənliyindən, gələcəyə nikbin baxışlarından xəbər verirdi və Hamlet İsmayılov bütün bunları həssas publisist süzgəcindən keçirməklə rusdilli oxuculara çatdıra bilmişdir.



Hamlet İsmayılov bu kitabda Azərbaycanın dostları İqor Korotçenkonun, Maksim Şevçenkonun, Moskvada yaşayan həmyerlimiz Səadət Qədirovanın, habelə, Xalq yazıçısı Çingiz Abdullayevin, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin fikir və mülahizələrinə geniş yer ayırıb. Müəllif öz keçmiş silahdaşlarının, Azərbaycan Xüsusi Xidmət Orqanlarının yenilməzlik nümunəsindən, cəbhədə göstərdikləri igidliklərdən də ətraflı bəhs edir. Onu da deyim ki, Hamlet müəllim publisistik qeydlərini həm də poetik şəkildə işləyib və kitabda təqdim olunan şeirlər uğurlu nümunələr kimi qəbul edilir.


Hamlet İsmayılov 1973-2003-cü illərdə Xüsusi Xidmət Orqanlarında qüsursuz fəaliyyət nümunəsi göstərib. Yaxşı yadımdadır, 1980-ci ildə Ulu Öndərin Naxçıvan səfəri zamanı Heydər Əliyevin təhlükəsizliyinə cavabdeh olanlar arasında o zaman Dövlət Təhlükəsizliyi Komitəsinin Naxçıvan idarəsində çalışan Hamlet İsmayılov da vardı. Biz jurnalistlər Naxçıvandan qayıdandan xeyli sonra Hamlet müəllimin həmin səfər zamanı öz həmkarları, silahdaşları ilə bərabər hansı cəsurluq və peşəkarlıq nümunəsi göstərdiyini öyrənə bilmişdik. O, həmişə bir fikri təkrarlamağı sevir:

“Heydər Əlirza oğlu Əliyevin təhlükəsizliyinin təmin olunması kimi şərəfli vəzifəni yerinə yetirənlər arasında olmaq qismətinə görə yaradanıma minnətdaram”.

Hamlet İsmayılovun gərgin çekistlik fəaliyyəti bir sıra təltif və mükafatlara layiq görülüb. O, bütün bunları həyatının ən yaddaqalan və sevindirici anları hesab edir. Bununla yanaşı, ona da sevinir ki, Allah ona yazıb-yaratmaq, olub keçənləri əbədiləşdirmək, yaddaşlara köçürmək bacarığı və istedadı da verib. Elə yenicə çapdan çıxmış kitabında da biz bunun şahidi olduq.


Əqidə və qələm dostuma yeni yaradıcılıq uğurları, bir də möhkəm cansağlığı arzulayıram. Yeni kitabın mübarək, Hamlet müəllim!



Akif Cabbarlı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İtaliyada TAP boru kəmərindən bəhs edildi 25 Oktyabr 2021, 20:11 Portuqaliyada böhran həll edilmir -  Növbədənkənar seçki ehtimalı 25 Oktyabr 2021, 19:40 Quterreş Sudandakı çevrilişi pislədi 25 Oktyabr 2021, 19:26 Türkiyəyə çağırış edən ölkələrdən GERİ ADDIM 25 Oktyabr 2021, 19:12 Rasim Quliyevin məhkəməsində sənədlər tədqiq edilib 25 Oktyabr 2021, 19:00 Qoşulmama Hərəkatından Azərbaycanla bağlı PAYLAŞIM 25 Oktyabr 2021, 18:54 Alimlər ekzoplanetin fotosunu çəkdilər - FOTO 25 Oktyabr 2021, 18:48 Namiq Abdullayevin qardaşı vəfat etdi 25 Oktyabr 2021, 18:42 Kərim Vəliyev NATO nümayəndəsi ilə görüşüb 25 Oktyabr 2021, 18:36 Fərid Qayıbov federasiyanın fəaliyyəti ilə tanış olub - VİDEO 25 Oktyabr 2021, 18:30 Dolların məzənnəsi sabit qaldı 25 Oktyabr 2021, 18:24 Qubadlı sakinləri də ata ocaqlarına dönəcəklər 25 Oktyabr 2021, 18:18 Düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edən şəhidimiz anılıb - VİDEO 25 Oktyabr 2021, 18:12 Şəhid ailələri və qazilərə daha 50 mənzil verildi 25 Oktyabr 2021, 18:07 Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetinin rektoru ilə görüşüb - FOTO 25 Oktyabr 2021, 18:05 “Şəxsi maşınların şüşəsinə bayraq vurula bilməz!” - Polisdən XƏBƏRDARLIQ 25 Oktyabr 2021, 18:03 FHN-dən hava şəraiti ilə əlaqədar əhaliyə ÇAĞIRIŞ 25 Oktyabr 2021, 18:01 1 ölkə, 2 prezident: Tatarıstan Kremlin istəyini RƏDD ETDİ 25 Oktyabr 2021, 17:59 Eldəniz Səlimovun cinayət işi icraata verildi 25 Oktyabr 2021, 17:55 Milli Məclis 12 məsələyə görə iclas ÇAĞIRDI 25 Oktyabr 2021, 17:50 Səfər Mehdiyev Detlef Şröderlə görüşdü - FOTOLAR 25 Oktyabr 2021, 17:45 Qudası Eldar Həsənovun məhkəməsində ifadə verdi 25 Oktyabr 2021, 17:40 Bakıda dini toy karvanı təşkil edənlərin işi məhkəməyə göndərildi - FOTO 25 Oktyabr 2021, 17:34 ABB-dən sahibkarlar üçün TƏLİM 25 Oktyabr 2021, 17:28 Ceyhun Bayramov səfirlə görüşdü 25 Oktyabr 2021, 17:22 Diasporumuz Finlandiya jurnalında - FOTO 25 Oktyabr 2021, 17:16 “Siz bizi Xudavəngə buraxın, biz də sizi Ağdabana” – Erməni kilsəsindən TƏKLİF 25 Oktyabr 2021, 17:10 Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı 25 Oktyabr 2021, 17:05 Amerikalı dini icma rəhbərləri Şeyxin qəbuluna gəldilər - FOTO 25 Oktyabr 2021, 17:00 AccessBank-la əmanətini sərbəst idarə et! 25 Oktyabr 2021, 16:55 Rövşən Rzayev xarici jurnalistlə görüşdü 25 Oktyabr 2021, 16:50 Azad edilmiş ərazilərdə daha 47 mina AŞKARLANDI 25 Oktyabr 2021, 16:46 Sahibə Qafarova Ana Cumaliyeva ilə görüşüb 25 Oktyabr 2021, 16:40 Son sutkada peyvənd OLUNANLAR 25 Oktyabr 2021, 16:35 Yoluxma AZALDI - 21 nəfər öldü 25 Oktyabr 2021, 16:30